"Məşğulluğa Dəstək Layihəsi" vasitəsilə biznes qurmağın sirri - Sübhan Babayevin uğur yolu

"İnsan istəsə, hər bir çətinliyin öhdəsindən gələ bilər"
- Özünüz haqda qısa məlumat verə bilərsiniz? Avtoyumaya marağınız necə yaranıb? Neçə ildi bu sahə ilə məşğulsunuz?
- Hamının həyatında çətinliklər olur, amma hər şey insanın öz əlindədir. İnsan istəsə, hər bir çətinliyin öhdəsindən gələ bilər. Mən də həmişə çalışdığım üçün o qədər də çətinlik çəkməmişəm. Bir zamanlar şəxsi biznesim vardı. Daha da genişləndirməyi düşünürdüm. Təəssüf ki, qarşılaşdığım maddi çətinliklər üzündən biznesim iflas oldu. Bununla da bütün planlarım pozuldu. Lakin çalışqan adam olduğum üçün işsiz qalmayım deyə özümü ticarət, tikinti kimi bir çox sahələrdə sınadım. Uğurlusu da oldu, uğursuzu da. Xaricə meyvə satmaqla da məşğul olmuşam. Hətta avtoyuma işini qurmaq istədim, maliyyə problemləri bu dəfə də planlarımın önünə keçdi.
- Bəs "Məşğulluğa Dəstək Layihəsi" haqqında ilk dəfə necə öyrəndiniz və sizi iştirak etməyə nə sövq etdi?
- Nə edib-etməyəcəyimlə bağlı xeyli vurnuxduğum bir vaxtda ətrafdan, dost-tanışdan "Məşğulluğa Dəstək Layihəsi" haqqında eşidirdim, amma açıq danışmaq lazım gələrsə, real olduğuna çox da inanmırdım, şübhə ilə yanaşırdım. Sonra ciddi-ciddi araşdırmalar aparmağa başladım və bu layihə vasitəsilə xeyli sayda insanın uğur qazandığını və öz istədikləri sahəyə aid avadanlıqlarla təmin olunduqlarını görəndən sonra inanmağa başladım. Elə buna görə sonda layihəyə qoşulmağa qərar verdim. Əvvəllər layihəyə qoşulmuş olan vətəndaşlardan harada və necə müraciət etmək haqqında informasiya aldıqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin müvafiq filialına gedərək "Məşğulluğa Dəstək Layihəsi"dən qeydiyyatdan keçdim. Yolumu bu istiqamətdən salan başlıca amil dövlətin vətəndaşına təmənnasız dəstəyi oldu. Bu, çox sevindirici və müsbət haldır. Doğrusu, belə diqqətlə qarşılaşacağıma, nəsə əldə edə biləcəyimə inamım yox idi, amma oldu. Özünüməşğulluq proqramı çərçivəsində sözügedən layihəyə müraciət etdim.
" Mən də özümü uğurlu benefisiarlar arasında görürəm və yeni avadanlıqları almağa iddialıyam".
- Layihə biznesinizə, peşənizə necə töhfə verdi?
- Layihə çərçivəsində keçirilən təlimlər vasitəsilə işimi düzgün yönəltməyi, idarə etməyi və maliyyə məsələlərini öyrəndim. Öyrəndiklərim sayəsində biznesi çətinliksiz idarə edirəm. Bəzi avadanlıqların dəyişdirilməsi, eləcə də ehtiyacım olan bir sıra avadanlıqlarla bağlı yenidən müraciət etmişəm. Bu yaxınlarda  "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində təşkil olunan "Həvəsləndirmə Mükafatı" müsabiqəsi ilə bağlı tədbirdə də iştirak etdim. Orda da biznesini düzgün quran və davam etdirən şəxslərə dəstək baxımından yeni avadanlıqlar veriləcəyi bildirildi. Mən də özümü uğurlu benefisiarlar arasında görürəm və yeni avadanlıqları almağa iddialıyam. 
MDL gəlirlərimin artımına da vəsilə oldu. Əvvəllər müəyyən qədər qazanc əldə edirdim. Layihəyə qoşulduqdan sonra gəlirimdə artım özünü göstərməyə başladı. Hətta gələcəkdə işimi daha da böyütməyi düşünürəm. 
""Müştərilərin məmnuniyyəti bizim üçün çox dəyərlidir".
- Müştərilərlə ünsiyyətdə hər hansı problemlər yaşamırsız? 
- Məni sevindirən əsas məqamlardan biri də budur ki, müştərilərimiz işimizin keyfiyyətindən çox razıdırlar. Təbii ki, bu məmnuniyyəti qazanmışıq, əziyyət çəkmişik. Bəzən vaxt baxımından problem yaşadığımız müştərilərimiz də olub, yenə də çalışmışıq ki, onları razı salaq. Bəzi insanlar qışda işlərimizin daha zəhmətli və ağır olduğunu düşünür, amma rahat iş yoxdur. Biz işimizi sevərək gördüyümüz üçün heç bir çətinliklə rastlaşmırıq. Baxmayaraq ki, mənim sahəm üzrə ən vacib məsələlərdən biridir, amma daha əvvəllər avtoyumada istifadə olan dərmanların heç birini tanımırdım. Hansı dərmanın keyfiyyətli, yaxud keyfiyyətsiz, hansı dərmanın harda və necə istifadə olunduğunu bilmirdim. Artıq bu biliklərə də sahibəm. Bu da işimizi çox mükəmməl və keyfiyyətli edir.
"Öz biznesinizə sahib olmağın tam zamanıdır"
- "Məşğulluğa Dəstək Layihəsi"nə güvəndiyiniz üçün peşman deyilsiz? 
- Sonda demək istəyirəm ki, bəzən beynimizdə götür-qoy etdiyimiz işi qurmaq üçün maddi və mənəvi baxımdan güclü bir dəstəkçiyə ehtiyacımız olur. Qolumuzu çırmalayıb iş görmək lazım olanda meydanda tək olduğumuzu görürük. Çox sevinirəm ki, yolum bu layihədən keçdi. Bu gün istədiyim işin sahibiyəm, öz işim üçün çalışıram. Heç vaxt heç nə üçün gec deyil. Öz biznesinizə sahib olmağın tam zamanıdır. Arzusunda olduğunuz işi qurmaq üçün "Məşğulluğa Dəstək Layihəsi" əsl şansdır.
Bu məqalə layihənin kommunikasiya üzrə konsultantı "Aim Texas Consulting" şirkətinin uğurlu benefisiar Sübhan Babayevlə müsahibəsi əsasında hazırlanmışdır.
/ azxeber.com

Sosial       Tarix: 16 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın xarici dövlət borcu azalıb

2026-cı il iyunun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 642,4 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, ölkənin xarici dövlət borcu ötə

Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat

"Osman Mirzəyev Adina 5 Sayli Uşaq Evi Sosial Xidmət Müəssisəsi" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən ayrılıb. . Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun müvafiq əmri ilə Quliyev

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

12 iyun üçün rəsmi məzənnələr məlum oldu

Azərbaycan Mərkəzi Bankı iyunun 12-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Mərkəzi Bankın məlumatına görə, avro 1,967

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Şişkinliyə qarşı 6 məhsul: Nə yemək və nə içmək lazımdır?

Qarın şişkinliyi milyonlarla insanın vaxtaşırı qarşılaşdığı bir problemdir. Mütəxəssislərin məlumatına görə, dünya əhalisinin təxminən 18%-i bu narahatlığı həftədə ən azı bir dəfə yaşayır və qadınlar bundan kişilərə nisbətə

Xərçəng riskini azaldırmış... - Bu meyvə haqqında bilmədiklərimiz

Antioksidantlar və C vitamini ilə zəngin olan alça immuniteti gücləndirir, iltihab əleyhinə təsir göstərir. Bu qidalı meyvə aşağıdakı xəstəliklərdən qoruyur: . Ürək-damar xəstəlikləri: Xolesterolu tənzimləyir, damar tıxanıqlığını


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər azərbaycanda en son xeberler cəbhədən canlı bu gunun xeberleri