Məşhur analitikdən SENSASİON AÇIQLAMA: Türkiyə donanması tezliklə...
İtalyan analitik Alberto de Sanktis Türkiyə donanmasının yaxın gələcəkdə ABŞ, İngiltərə və Çin donanmalarına bərabər güc ola biləcəyini söyləyib.
Publika.az-ın məlumatına görə, Alberto de Sanktis qatıldığı televiziya proqramında Aralıq dənizi ölkələrinin hərbi donanmaları ilə bağlı qiymətləndirmələr edib və bu qənaətə gəldiyini bildirib.
Aralıq dənizində fəaliyyət göstərən donanmaların yenidən silahlanma müddətinə sürətli şəkildə girdiyini ifadə edən analitik "Fransa, İtaliya və İspaniya donanmalarını birinci səviyyə olaraq qeyd edə bilərik. Ancaq son illərdə çətinliklə də olsa, modernləşmə və yenilənmə müddətlərini həyata keçirən dəniz qüvvələri var", - qeyd edib.
Sanktis Türkiyənin hərbi donanma sahəsində böyük addımlar atdığına diqqət çəkərək, sözlərini bu cür davam edib:
"Türklər, misirlilər və əlcəzairlilər son on ildə dəniz gəmilərinin inkişafına ən çox sərmayə qoyan Aralıq dənizi oyunçulardır. Bu, özünü qəbul etmə dəyişikliyini əks etdirdiyinə görə çox vacibdir. Öz ehtiyaclarını hədəflərinə uyğun olaraq dəyişdirmək geostrateji mühitin dəyişdirilməsi deməkdir. Yeni sistemlər inkişaf etdirmək, daha çox investisiya qoymaq ölkələrin özlərini qorumaq imkanlarına sahib olduqlarını ifadə edir".
Türkiyənin gələcəkdə kritik önəmə sahib hərbi platformalar tətbiq edəcəyini dilə gətirən İtalyan analitik bildirib ki, bütün bunlar Aralıq dənizi üçün son dərəcə strateji əhəmiyyətə sahibdir: "Türklərin sadəcə bölgə üçün yox, ümumilikdə dünya miqyasında ABŞ, İngiltərə, hətta Çin kimi ölkələrə bərabər bir güc ola biləcəyini söyləyə bilərik. Türklər buna çox böyük sərmayə yatırırlar, çünki bu istəklərinin reallaşmasını istəyirlərsə, bunu etməlidirlər".
Akqabay
Turlar.az [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər