Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş - FOTO
Azərbaycanın istehsalı olan bir filmdə baş rollardan birinə çəkilən eşşəyə aktyorlardan çox qonorar verilib.
Lent.az-ın məlumatına görə, söhbət "Qəm pəncərəsi" filmindən gedir.
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərinin motivləri əsasında çəkilmiş bu filmdə Xudayar bəyin Məşədi Həsən kişinin əlindən alıb geri qaytarmadığı eşşəkdən söz açılır.
Film çəkiləndə kəndlərdə məhsul yığımı mövsümü olduğu üçün kənd adamlarından eşşək icarəyə götürmək xeyli çətin olub.
Üstəlik, film üçün bir neçə eyni boy və rəngdə heyvanlara da ehtiyac olub. Çəkiliş zamanı aktyorlar eşşəklərin inadlarını buraxıb hərəkət etmələrini, çəkiliş meydançasına alışmalarını çox gözləməli olublar.
Bu filmdə aktyorlara gündəlik yeddi manat, "kaprizli" eşşəklərə isə 10 manat qonorar yazılırmış.
Eyni hal "Yeddi oğul istərəm", "Dədə Qorqud", "Atları yəhələyin" filmlərində də yaşanıb. "Dədə Qorqud" filmində Rasim Balayevin Babək rolunda güləşməli olduğu şirə onun aldığından 10 qat artıq qonorar verilib. Adları çəkilən digər filmlərdə isə atlara aktyorlardan çox qonorar yazılırmış.
Qeyd edək ki, heyvanlarla birlikdə onların baxıcılarını, baytarlarını, onlara verilən yemi də kinostudiya maliyyələşdirib.


Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR