Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTO

Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTOMəşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTO
Bu gün dünyaşöhrətli alpinist İsrafil Aşurlunun ad günüdür. İ.Aşurlu 1969-cu ildə Bakı şəhərində anadan olub.
Müxtəlif zirvələri fəth edən alpinist 2007-ci ildə dünyanın ən hündür dağ zirvələrindən olan Everestə (8 848 metr) Azərbaycan bayrağını sancıb. Bununla da bu zirvəyə qalxa bilmiş ilk azərbaycanlı kimi tarixə düşüb.
2010-16-cı illərdə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.
Əfsanəvi azərbaycanlı alpinist 55-ci doğum günündə Oxu.Az-ın suallarını cavablandırıb.
- İsrafil bəy, seçdiyiniz peşə o qədər çətindir ki, burada sanki insan özü ilə yarışır. Siz zirvəyə qalxan zaman necə, özünüzlə, yoxsa təbiətlə mübarizə aparırsınız?
- Burada cavab elə sizin sualdadır. Alpinizm dəf etməkdir, macəradır. Alpinizm öz üzərində qələbə çalmaqdır. Alpinizm azadlıqdır, fəlsəfədir, həyat tərzidir.
Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTO- Neçə yaşından zirvələri fəth etmək qərarına gəlmisiniz?
- Bu, tamamilə təsadüfən baş verdi. Otuz yaşım vardı. Elə bu il mənim dağlara bənd olmağımdan 25 il ötür.
- Everestdə olanda hansı hissləri keçirdiniz? Axı ondan hündür nöqtə yoxdur...
- Everestə çıxmaq üçün mən səkkiz il hazırlaşmışam. Çox məşq etmişəm. Ondan əvvəl 5 000, 6 000 və 7 000 metr hündürlüyü olan onlarla zirvəyə qalxmışdım. Bu arzu ilə yaşayırdım. Məqsədim Everestə qalxan və oraya Azərbaycan bayrağını sancan ilk alpinist olmaq idi və bunun üçün hazırlaşırdım.
Həmin dövr üçün bu mənim həyatımın başlıca məqsədi idi. Yadımdadır, Everestdə dayanıb ətrafa baxdım, anladım ki, məqsədə yetmişəm, dünyada mənim üzərində dayandığım bir neçə kvadratmetrlik ərazidən hündür yer yoxdur. Həmin an düşündüm ki, bununla hər şey bitəcək. Amma hər şey elə bundan sonra başladı...
Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTO- Everest zirvəsinə çıxdığınızı nəzərə alsaq, fəth etməkdən çəkindiyiniz zirvə olubmu?
- Everest planetimizin ən yüksək dağ zirvəsidir. Amma daha mürəkkəb relyefi və daha mürəkkəb marşrutları olan zirvələr mövcuddur. Mənim xidmətlərim siyahısında dünyanın 8 000 metrdən hündür zirvəsinə 11 ekspedisiya var. Onlardan altısı uğurlu oldu. Beş dəfə isə müxtəlif səbəblərdən geri çəkilməli oldum.
- İndiyə kimi neçə zirvəyə çıxmısınız? Bu zirvələrə qalxmaq üçün xərciniz nə qədər olur?
- Uğurlarımın arasında Antarktidadakı Vinson massivi istisna olunmaqla planetin müxtəlif dağ sistemlərinə 142 uğurlu yürüş də var. Alpinizm çox bahalı idman növüdür. Ləvazimatlar bahadır və tez-tez dağa qalxırsansa, onlar xarab olur. Bundan başqa, ucqar dağ bölgələrinə ekspedisiyaların təşkilinə tələb olunan ciddi xərcləri də nəzərə almaq lazımdır. Bu həm də nəqliyyat və yürüş üçün icazə xərcləridir. Everestə belə icazənin qiyməti təxminən 15 min dollardır.
Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTO- Zirvəyə qalxmaq, yoxsa düşmək çətindir? Ən çətinlik çəkdiyiniz an hansıdır? Hansı səyahətiniz özünüzə çılğınlıq təsiri bağışlamışdı?
- Bu, təcrübə, bu və ya digər marşrutun mürəkkəblik dərəcəsi, hava şəraiti, qəfil yarana biləcək müxtəlif situasiyalarla bağlıdır. Yaxşı hazırlığı olan təcrübəli alpinist, bir qayda olaraq, öz vəziyyətinə nəzarət edir və bütün yürüş ərzində qüvvəsini düzgün paylaşdırmağa çalışır. Dağlarda uğur qazanmaq üçün çoxlu məşq etməli, yaxşı fiziki formaya, psixoloji cəhətdən hazırlığa və texniki təcrübəyə sahib olmalısan.
- Xarici səfərlərdə çox olursunuz, bəs ailənizlə necə zaman keçirirsiniz?
- Mən ailəmi çox sevirəm. Təəssüf ki, ötən il biz xaricə birgə səyahət edə bilmədik. Ümid edirəm ki, bu il bu bizə qismət olacaq.
Məşhur azərbaycanlı alpinist Everestə çıxmaq üçün neçə il hazırlaşıb? - MÜSAHİBƏ + FOTO- Səhv etmirəmsə, ad gününüzdə hansısa zirvəyə qalxmışdınız. Bəs bugünkü yubileyiniz üçün planınız nədir?
- Yanılmıramsa, doğum günlərimdən birini Kilimancaroda keçirmişəm. Bir dəfə ad günümdə Akonkaquaya qalxmaq üçün Argentinaya getdim. Amma doğum günümü ailəm və dostlarımla birgə qeyd etməyi daha çox sevirəm.
- Təkrarən getdiyiniz zirvələr hansılardır?
- Tez-tez qalxdığım zirvələrə gəlincə, ildə bir neçə dəfə Qafqaz sıra dağlarının həm Azərbaycanda, həm də ondan kənarda yerləşən zirvələrinə qalxıram. Bu mənim üçün həm istirahət, həm də yüksək zirvələrə hazırlığın bir hissəsidir.
Əfsanəvi alpinist, hər zaman zirvələrdə olun!
İlhamə Əbülfət

Maraqlı     Baxılıb: 430   Tarix: 16 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat novruz bayramı xeberler bu qun valyuta mezennesi