Məşhur azərbaycanlı bloqerə qarşı Rusiyada əlavə yoxlamalar başlanıldı
Məşhur azərbaycanlı bloqerə qarşı Rusiyada əlavə yoxlamalar başlanıldı
Rusiya hüquq-mühafizə orqanları məşhur azərbaycanlı bloqer Hüseyn Həsənova qarşı əlavə yoxlamalar aparırlar.
Bu barədə rusiyalı ictimai xadim, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib.
"Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə (Yeqor) Krid, (Hüseyn) Həsənov, (Yuri) Xovanski və digər bloqerlərə qarşı əlavə yoxlama aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin açılmasının rədd edilməsi ilə bağlı qətnamədən prokurorluğa şikayət etməsindən sonra baş verib", - deyə E.Mizulina əlavə edib.
İctimai xadim vurğulayır ki, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də cavab tədbirləri görülür.
Qeyd edək ki, "Instagram"da ən populyar azərbaycanlı Hüseyn Həsənovun (27,3 milyon izləyici) qanunsuz reklama görə cəzalandırıla biləcəyi barədə məlumat bu il fevralın sonunda yayılmışdı, may ayında isə bloqerin adı Rusiya Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınıb.
Mənbə: sportclan.ru / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var