Məşhur cizgi film qəhrəmanı "Şrek"in daxması icarəyə verilir - FOTO
Məşhur cizgi film qəhrəmanı "Şrek"in daxması icarəyə verilir - FOTO
Şotlandiyada eyniadlı cizgi filmindən "Şrek"in evi üslubunda yaşayış yerinin kirayəsi təklif olunur. Elan divin dostu "Eşşəy"in adından yerli daşınmaz əmlak icarəsi xidmətinin saytında dərc olunub.
Qeyri-adi ev təpələrin arasında yerləşir, onun dəqiq yeri məlum deyil. Daxmanın yaxınlığında bataqlıq və cizgi filmində görünə bilən "Ehtiyatlı olun!" işarəsi var.
"Şrek"in evi kötük formasında hazırlanıb, içindəki əşyalar ağacdandır. Evdə yataq otağı və kaminli qonaq otağı var. Potensial istirahət edənlərə hamamın əsas yaşayış yerindən 20 metr aralıda ayrıca otaqda yerləşdiyi barədə xəbərdarlıq edilib.
Xatırladaq ki, div "Şrek" haqqında ilk tammetrajlı cizgi filmi 2001-ci ildə işıq üzü görüb. Film uşaq yazıçısı Uilyam Steyqin 1990-cı ildə nəşr olunmuş eyniadlı nağılı əsasında çəkilib. Bundan sonra daha üç tammetrajlı serial buraxılıb.
Hekayədə "Şrek"in bataqlıqdakı evinə hökmdar "Lord Farquaad" tərəfindən qovulan nağıl qəhrəmanları köçür. "Şrek", bataqlığına nəzarəti bərpa etmək müqabilində şahzadə "Fiona"nı xilas etmək üçün "Farquaad" ilə müqavilə bağlayır. O, "Eşşəy"in köməyi ilə bu işi həyata keçirir, ancaq "Fiona"ya aşiq olması bütün planlarını alt-üst edir.




Mənbə: News.ru / oxu.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi