Məşhur Dubay şokoladı ziyanlıdır? - Həkimdən XƏBƏRDARLIQ
Son günlər sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olması üzə çıxıb.
Dubay şokoladının ümumi çəkisi adətən 200-300 qram və qiyməti 25-45 manat arasında dəyişir. Mütəxəssislərin hesablamalarına görə, bu desertin bir çubuğunda təxminən 1000 kalori var və bu normadan artıqdır.
Bəs insanların böyük marağına səbəb olan və həddindən artıq satılan bu şokoladın zərərlərindən onların xəbəri varmı?
Baku TV-nin paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı məlum olub ki, Dubay şokoladının ziyanlarından xəbərdar olan da var, onu alıb dadına baxmağı seçən də.
"Dubay şokoladına 40 manatdan çox pul verdim. Amma dadı o qiymətə dəymir. Uşaqlarım da yemədilər", – deyə sakinlərdən biri deyib.
Həkim Abbas Bağırov şirin qidaları, ümumiyyətlə, insan orqanizmi üçün zərərli hesab edir. Dubay şokoladı da belə qidalardan biridir.
"Bu şokoladın kalorisi yüksəkdir və istifadəsi yuxu pozğunluğuna gətirib çıxara, həmçinin öd və böyrək daşlarının yaranmasına səbəb ola bilər. Dubay şokoladındakı fıstıq kimi inqrediyentlərin tərkibində olan bioloji aktiv maddələr hormonal sistemdə narahatlıq da yarada bilər", – deyə A.Bağırov bildirib.
Ətraflı süjetdə:
/ konkret.az
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var