Məşhur milyarderi qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edildi

Məşhur milyarderi qətlə yetirməkdə şübhəli bilinən şəxs həbs edildi"Cash App" texnologiya şirkətinin qurucusu və "Square" İT şirkətinin keçmiş rəhbəri, məşhur milyarder Bob Linin qətlində şübhəli bilinən şəxs həbs edilib.
KONKRET.azxəbər verir ki, bu barədə "Engadget" nəşri məlumat verib.
San-Fransisko polisi şübhəlinin Emerivilldə yerləşən "Expand IT" firmasının sahibi Nima Momeni olduğunu təsdiqləyib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Momeni və Li bir-birini tanıyırdılar, qətl isə soyğunçuluq məqsədilə və ya təsadüfi olmayıb.
Məlumata görə, Li Momeniyə məxsus avtomobildə olub. İddia olunur ki, onlar arasında münaqişə hələ avtomobilin içində olarkən başlayıb və San-Fransisko küçələrində davam edib.
Nəşr qeyd edir ki, İT şirkətlərinin top-menecerlərinin qətli çox nadir hallarda baş verir.
"Yüksək texnologiya sənayesində şəxsi çəkişmələr, şübhəsiz ki, baş verir, lakin nadir hallarda zorakılığa çevrilir", – deyə jurnalistlər fikirlərini bildiriblər.
Xatırladaq ki, "Cash App" şirkətinin qurucusu Bob Li aprelin 4-də San-Fransiskoda 43 yaşında bıçaqla qətlə yetirilib. Təcili yardım iş adamını xəstəxanaya çatdıra bilsə də, Li aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, Bob Li ABŞ İT sahəsində nüfuzlu şəxs sayılırdı. O, "Cash App" və "Square" ilə yanaşı "Java" proqramçısı və "Android" mobil əməliyyat sisteminin keçmiş tərtibatçısı kimi tanınırdı.//Oxu.az

Hadisə       Tarix: 15 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Kütləvi davada qətli törədənlərin kimliyi bilindi

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı əlavə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emil" və MMA döyüşçüsü kimi tanınan Elnar adlı şəxslər olduğ

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun