Məşhur pianoçu Lola Astanova: "Görünüşüm istedadımı kölgədə qoymur" - FOTO

Məşhur pianoçu Lola Astanova: Məşhur pianoçu Lola Astanova: "Görünüşüm istedadımı kölgədə qoymur" - FOTO
Sabah dünya şöhrətli pianoçu Lola Astanova Azərbaycanda ilk konsertini verəcək.
Musiqiçi Azərbaycan səhnəsindəki debütü ərəfəsində yaradıcılıq planlarını, Bakı səfərinin təəssüratlarını media nümayəndələri ilə bölüşüb, həmçinin qarşıdan gələn konsertdən danışıb.
Məşhur pianoçu Lola Astanova: - Bu, Azərbaycanda ilk konsertinizdir. Səfərinizlə bağlı təəssüratlarınızı bölüşərdiniz...
- Böyük səbirsizliklə Bakıya gəlməyi gözləyirdim. Ölkənizdə çoxlu pərəstişkarlarım var. Onların bir çoxu sosial şəbəkələrdə konserti səbirsizliklə gözlədiklərini yazıblar. Ona görə də, Azərbaycan tamaşaçısını sevindirmək qərarına gəldim. Tamaşanı həvəslə gözləyirəm.
Təəssüf ki, hələ şəhərlə tanış olmağa vaxtım olmayıb. Maraqlı yerləri görmək istərdim. Şəhərin müasir memarlığı məndə silinməz təəssürat yaratdı. İnsanlar da çox qonaqpərvərdirlər və musiqiyə maraq göstərirlər. Azərbaycan gözəl mədəniyyət və adət-ənənələrin simbiozudur. Həqiqətən hamını daha yaxından tanımaq istəyirəm. Azərbaycan mətbəxi haqqında da çox eşitmişəm. Böyük qurmanam və yerli yeməkləri sınamaq istəyirəm.
- Konsertdə hansı proqramla çıxış edəcəksiniz? Azərbaycan ictimaiyyəti üçün sürpriz varmı?
- Tamaşaçıları maraqlı və zəngin proqram gözləyir: Həm klassik əsərlər, həm də filmlərdən saundtreklər və öz aranjimanlarım olacaq. "Napoleon" filmində ifa olunmuş "İnvictus" adlı orijinal kompozisiyamı Bakıda ilk dəfə ifa etməyi planlaşdırıram. Bu əsəri əvvəllər başqa ölkələrdə canlı konsertlərdə ifa etməmişəm.
- Bu barədə ətraflı məlumat verə bilərsinizmi?
- Bu, sadəcə piano əsəri deyil. Burada böyük orkestrin iştirakı və çoxlu partituralar var. Ən əsası isə odur ki, bu irihəcmli kompozisiya mənim tərəfimdən yazılıb. Mənim üçün bu, həm prodüser, həm də bəstəkar kimi bir növ yaradıcılıq imtahanı idi. Mənim üçün musiqi yazmaq piano solo ifadan və ya başqa bəstəkarların əsərlərini səsləndirməkdən daha maraqlıdır. Yaxın gələcəkdə daha orijinal əsərlər yazmağı planlaşdırıram.
Məşhur pianoçu Lola Astanova: - Çox vaxt Andrea Bocelli, Bayron Cenis, Mark Entoni, David Foster kimi dünya şöhrətli musiqiçilərlə yaradıcı tandemlərdə çıxış edirsiniz. Azərbaycanlı ifaçılarla duet şəklində çıxış etmək istərdinizmi?
- Əlbəttə, əminəm ki, ölkənizdə çoxlu maraqlı musiqiçilər var. Uzun illər əvvəl Emin Ağalarovla işləmək imkanım olub. Həmişə xarici sənətçilərlə əməkdaşlıq etmək və janrları qarışdırmaqda maraqlıyam. Azərbaycan haqqında düşünəndə dərhal Müslüm Maqomayev yada düşür. O, gözəl səsi olan görkəmli müğənni idi. Düşünürəm ki, sizin xalqınız musiqi baxımından kifayət qədər istedadlıdır. Niyə də olmasın? (gülür). Məncə maraqlı olardı.
- Şəxsi həyatınızla karyeranızı birləşdirə bilirsinizmi?
- Mən bu iki anlayışı bir-birindən ayırıram. Hazırda mənim üçün ən vacib olan ikincidir. Çoxlu məqsədlərim, planlarım və maraqlı layihələrim var.
- Gözəl görünüşünüz var və bunu gizlətmirsiniz. Bu, karyeranıza mane olurmu?
- Çox sağ olun (gülür). Klassika dünyasında buna bir az şübhə ilə yanaşırlar, hətta mənfi hal hesab edirlər. Çoxları deyir ki, bu, diqqəti musiqidən və ifadan yayındırır. Əminəm ki, bu cəfəngiyyatdır. Yaxşı audiovizual kontent olarsa tamaşaçı konsertdən tam həzz alacaq. Konsertlərim üçün geyimləri əhvalımdan, repertuarımdan və konsertin harada olacağından asılı olaraq özüm seçirəm. Düşünmürəm ki, xarici görünüşüm istedadımı bir növ kölgədə qoyur. Əksinə, bu bir üstünlükdür. Təəssüf ki, bir çox insanların bu məsələ ilə bağlı köhnəlmiş fikirləri var. İndiki gənclik fərqli dalğadadır.
Daha çox fotolar burada: PhotoStock.az
Rufina Abdullayeva / oxu.az

Şou Biznes       Tarix: 22 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun meherremlik 2026 son xeberler 2026 valyuta mezenesi