Məşhur şirkət Türkiyəyə 1 milyard dollar SƏRMAYƏ QOYACAQ
Çinin e-ticarət nəhəngi "Alibaba Group Holding Ltd" 1 milyard dollardan çox sərmayə ilə İstanbul Hava Limanında logistika mərkəzi və paytaxt Ankara yaxınlığında məlumat mərkəzi qurmağı planlaşdırır.
KONKRET.az"Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Maykl Evans deyib.
O, şirkətin Avropa və Yaxın Şərqə sərmayə qoymağı planlaşdırdığını və Türkiyəni çox güclü istehsal bazası kimi gördüyünü bildirib.
"İstanbul Hava Limanında ciddi investisiya planımız var. Biz bura 1 milyard dollardan çox sərmayə qoymağı planlaşdırırıq", – o deyib.
Evans qeyd edib ki, Türkiyənin ən məşhur e-ticarət platformalarından biri olan "Trendyol" "Alibaba" tərəfindən dəstəklənir.
"Trendyol"u seçməyimizin səbəbi onun texnologiyasının ən qabaqcıl olması və potensialının böyük olması idi. Biz buranı Avropa və Yaxın Şərq üçün baza kimi yaradırıq", – Evans əlavə edib.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var