Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var - FOTO

Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var - FOTO</p> 
 <p>Azərbaycanın aparıcı pərakəndə ticarət şəbəkələrindən birinin – "Araz" supermarketlərinin bağlı olduğu "Araz Supermarket" MMC-nin (VÖEN – 1001994141) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, "Araz Supermarket" MMC-nin 5 dekabr 2023-cü il tarixinə olan vergi borcu 4 milyon 102 min 613 manat 19 qəpik olub.
Onu da bildirək ki, təxminən bir ay əvvəl "Araz Supermarket" MMC-nin vergi borcu 3,8 milyon manat olub. Son bir ay ərzində MMC-nin vergi borcu 400 min manata yaxın artıb.
Məşhur supermarketlər şəbəkəsinin milyonlarla vergi borcu var - FOTO</p> 
 <p>Məlumat üçün bildirək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan "Araz Supermarket" MMC-nin nizamnamə kapitalı 7 milyon 55 min 20 manat, qanuni təmsilçisi isə Rəşad Arif oğlu İbrahimovdur.
Qeyd edək ki, "Araz" supermarketləri OBA  və SPAR marketəri ilə birlikdə "Veysəloğlu" MMC-yə məxsusdur. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında qeydiyyatda olan "Veysəloğlu" MMC-nin nizamnamə kapitalı 8 milyon 826 min 172 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda "Veysəloğlu" şirkətinin baş direktorudur.
Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanında bənzər adda daha 2 şirkət – "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC və "Veysəloğlu Grup" MMC-də qeydə alınıb.
2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan "Veysəloğlu-Yaycılı Qardaşlae" MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğludur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan "Veysəloğlu Grup" MMC-nin qanuni təmsilçisi isə Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda "Veysəloğlu" şirkəti və ona məxsus olan "Araz", OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.
Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sabiq sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb. / konkret.az

Sosial       Tarix: 08 dekabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler az qarabag kriminal xeberler son xeberler az