Məşhur türk aktyor vəfat etdi
75 yaşlı aktyor Ünal Gümüş dünyasını dəyişib.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddətdir səhhətində yaranan problemlərə görə xəstəxanada müalicə alan 75 yaşlı aktyor Ünal Gümüş dünyasını dəyişib. Ustad aktyorun ölümü pərəstişkarlarını kədərə boğub.
Uzun müddət xəstəxanada yatan aktyor iyulun 24-də İnstaqram hesabında son paylaşımını edib. Paylaşımda aktyorun xeyli çəki atdığı da nəzərdən yayınmayıb. Aktyor fotosuna "Hamburqdan qardaşım Yaşar məni ziyarətə gəlib" şərhini yazib.
Qeyd edək ki, Ünal Gümüş 16 iyul 1948-ci ildə İstanbulda anadan olub. 2010-cu ildə "Deli Saraylı" serialında Admiral Ser Edvard obrazını canlandırıb. Bundan əlavə, Gümüş Tuba Büyüküstün baş rolda çəkildiyi "Gönülçelen" serialında Burhan obrazını, daha sonra Kıvanç Tatlıtuğun baş rolda çəkildiyi "Kuzey Güney" serialında Atilla Sinaner obrazını canlandırıb.
2012-ci ildə yayımlanmağa başlayan Mahsun Kırmızıgülün yazdığı "Benim üçün üzülme" serialında da rol alıb.
Ünal Gümüş son olaraq "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında rol alıb.
Günel
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var