Məşhur YouTuber ölü tapıldı
Egeydəki Krit adasında yaşayan Yunanıstanın məşhur YouTuberi yoxa çıxıb. Sahil mühafizəsi YouTuberin və dostunun cəsədlərini 24 saat sonra Egey dənizi yaxınlığında tapıb.
KONKRET.az xəbər verir ki, Yunanıstanın Krit adasındakı Sfakia şəhərində yaşayan ölkənin məşhur YouTuberlərindən biri olan 44 yaşlı Tasos Tesodoseu və dostu 50 yaşlı Kostas Manetakis keçən şənbə günü balıq ovuna getmək üçün dənizə yollanıb.
YouTube səhifəsində macəralarını paylaşan Tasos və dostu axşam saatlarında geri qayıtmayınca yaxınları sahil mühafizəsi və liman idarəsinə məlumat verərək kömək istəyiblər.
Retimno və Sfakiya şəhərlərini tərk edən balıqçılar da axtarış-xilasetmə işlərinə başlayıb. Dənizdən və havadan helikopterlə aparılan geniş axtarışlardan sonra məşhur YouTuber və dostunun cəsədləri 48 saat sonra Egey dənizində sahildən 4 mil aralıda tapılaraq Krit adasına gətirilib. Yarılmaq üçün Ədliyyə Tibb İnstitutuna göndərilən Tesodoseu və Manetakisin ölümləri Kriti və Yunanıstanı şoka salıb.
Bildirilib ki, Tesodoseu və Manetakis balıq tutmaq və ov anını lentə almaq üçün yola düşərkən tufan və axın tərəfindən açıq dənizə sürüklənərək boğulublar.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi