Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTO

Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTOMəşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTO
Bu gün Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi "Mahnılarımız monitorinq aynasında" adlı hesabat tədbiri keçirib. Tədbirdə xalq arasında yayılmış 200-ə yaxın mahnı bayağı hesab edilib, 2000-dən çox musiqi əsərində nöqsanlar aşkarlanıb. Milli-mənəvi dəyərlərimizə xələl gətirdiyi deyilən mahnıların siyahısı dərc edilib. 
Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTOMəsələn, İlkin Çərkəzoğlunun "Aparır, kayf aparır", "Bomba kayfda", "Kayfım zor olanda" mahnıları, Məhəmməd Fədanın "Zır kayfdayam bu gün", Rüzgarın "Yenə gedirəm", İlqar Dəniz, Orxan Eşqinin "Nəşəni çəkdim, xumar apardı", Sənan, Vəli və Arzunun "Bu da təzə temadır, yetim", Elçin Göyçaylının "Ley-pey olmuşam" mahnılarının qadağan edilməsi təklif olunub. Adlarından da göründüyü kimi, gənclərin beynini zəhərləyən bu tip mahnılar narkotik vasitələri və avara həyat tərzini təbliğ edirlər. Həmçinin meyxanaçı Pərviz Bülbülə, müğənni Şəbnəm Tapdıq, Nüşabə Musayeva, Üzeyir Mehdizadənin oxuduqları mahnılar bayağı mahnılar hesab edilib.
Maraqlıdır ki, bayağı dediyimiz bu mahnıların hamısının baxış və dinlənmə sayı sosial şəbəkələrdə milyonlarladır. Onları dinləyən də, bayağı deyən də bu xalqın nümayəndələridir.
Bəs bayağılığın standartı nədir? Bu müğənnilər özləri barədə deyilən fikirlərlə razılaşırlarmı?
Lent.az mövzu ilə bağlı musiqi dünyasının bir neçə tanınmış siması ilə danışıb. 
Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTOMüğənni Şəbnəm Tovuzlu verdiyi açıqlamada özünü bayağı müğənni hesab etmədiyini bildirib:
"İfalarımıza qiyməti xalq verir. Xalq istəməsə, bizi ən əziz günlərində, toylarında, şənliklərində görmək istəməz, sevgi ilə qarşılamaz".
Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTOHər zaman ekstravaqant görünüşü və ifaları ilə fərqlənən bəstəkar - müğənni Elza Seyidcahan bildirib ki, o həvəskar deyil, ali təhsilli, peşəkar bəstəkardır, deyilənləri özünə aid hesab eləmir:
"Kimsə mənim əsərlərimi başa düşmürsə, bu, onun problemidir".
Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTOMüğənni Əli Mirəliyev isə həmişəki kimi baltanı kökündən vurub:
"Bu gün Əməkdar və Xalq artisti alan bütün təzə müğənnilər bayağı müğənnilərdir. Yaxşı oxuyanların heç birinin fəxri adı yoxdur. Bu adamları efirlərə buraxanlar cinayət işi görürlər. Pərviz meyxanaçıdı, müğənni də deyil. Qatıb qarışdırırlar. Bu siyahını tərtib etməkdə çox gecikiblər. Musiqimiz 100 il dala düşüb". 
Məşhurlar bayağı adlandırılan müğənnilərdən DANIŞDILAR - FOTOƏməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev də məsələyə münasibət bildirib:
"Biz neçə il öncə bu barədə deyəndə, danışanda deyirdilər qısqanclıq edirik. İllərlə mən və həmkarlarım bu barədə yazdıq, xahiş etdik ki, millətin zövqünü korlamayın. Dedik efirlərə verməyin. O zaman internet yox idi. Dinləyən olmadı, elə bildilər qərəzli niyyətimiz var. Təbliğ olundu.  Azərbaycan xalqının yeni nəsli bu təbliğat altında böyüyüb, bayağı mahnıların dinləyicilərinə çevrilib. İndən belə bu nəslə keyfiyyətli musiqi dinlətmək mümkün olmayacaq. Biz çox deyirdik, axırı pis olar, pis olar, oldu. Qorxduğumuz başımıza gəldi. İndi daha qadağalarla, efirdən çıxarmaqla öhdəsindən gələ bilməyəcəklər. İndi televizora baxan, radio dinləyən az sayda adam var. Hamının əlində telefon, internet vasitəsilə istədiyini dinləyə bilər. İnternetə qadağa qoymaq isə siyasi hadisə olardı.
Mən bir şeyə yanıram ki, bizi illərlə dinləmədilər. Günah təbliğat vasitələrində, konsert təşkilatlarındadır. Onlar artıq qulağı, zövqü şikəst nəsil yetişdiriblər. Bu nəslə artıq yaxşı musiqi dinlətmək mümkün deyil. Gərək gözləyək ki, 40-50 il sonra yeni gələn nəsillər zövqü sağlam nəsillər olsunlar. Onu da əgər indi başlayıb, tərbiyə edə bilsələr". / oxu.az

Şou Biznes       Tarix: 07 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu novruz bayramı xeber.az 2026 xeberlər