Messi "Barselona"da 650-ci qolunu vurdu
İspaniya Primerasının 21-ci turunun matçında "Barselona" "Atletik" (Bilbao) ilə qarşılaşıb.
Publika.az xəbər verir ki, görüş Barselonada "Kamp Nou" stadionunda keçirilib və "Barselona"nın 2:1 hesablı qələbəsi ilə qurtarıb. Komandanın qollarından birini Lionel Messi vurub.
Bu, argentinalı hücumçunun "Barselona"nın heyətində çıxış etdiyi yarışlarda vurduğu 650-ci qol olub. O, İspaniya Primerası çərçivəsində 456 qol vurub.
Messinin komanda ilə müqaviləsi cari ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay Katalon klubundan getməyə cəhd edib, ancaq sonra komandada qalmağa qərar verib. Otuz üç yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və PSJ komandalarıdır.
"Barselona" 20 matçda 40 xal yığıb və Primeranın yarış cədvəlində əlavə göstəricilər üzrə "Real"ı ötüb. "Atletik" 24 xalla siyahıda 11-ci yer tutur.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu