Messi millidə son oyununu keçirdi

Messi millidə son oyununu keçirdiArgentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib.
Matç Argentinanın 3:0 hesablı qələbəsiylə başa çatıb.
Messi vida görüşündə də məhsuldar oyunu ilə diqqət çəkib. Argentina millisinin kapitanı qarşılaşmada 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Beləliklə, uzun illər Argentina millisinin formasını geyinən Messi yığmadakı karyerasına rəsmən nöqtə qoyub.
Matçdan sonra azarkeşlərə və komanda yoldaşlarına müraciət edən Messi vida anında uzun müddət danışdığını bildirib:
"Bəlkə də əvvəllər heç vaxt bu qədər uzun danışmamışam. Çünki bu anın bitməsini heç istəmirdim. Amma artıq vidalaşmağın vaxtıdır. Hamınızı çox sevirəm və sizin üçün çox darıxacağam.
Burada oynamaq üçün çox darıxacağam. Hamınızı sevirəm və argentinalı olduğum üçün qürur duyuram. Minnətdar, qürurlu və rahat şəkildə ayrılıram. Hər şey üçün təşəkkür edirəm".
Messi bundan sonra da Argentina millisinin yanında olacağını vurğulayıb:
"Hamınız üçün çox darıxacağam, amma həmişə yanınızda olacağam. Bu uşaqları və onlardan sonra gələcək hər kəsi dəstəkləyəcəyəm.
Dünya çempionatını, Amerika Kubokunu, "Finalissima"nı qazandıq… Bütün bunlara görə inanılmaz dərəcədə tanrıya və sizə minnətdaram".
Ulduz futbolçu milli komandadakı yolunun yalnız son illərdə qazanılan titullardan ibarət olmadığını xüsusi qeyd edib:
"Amma bu yol yalnız 2022-ci il və ya son dünya çempionatından ibarət deyil. Dünya çempionu olmağımızdan çox əvvəl bu formanı geyinərək mənimlə birlikdə mübarizə aparan çoxlu komanda yoldaşım olub. Onların hər birinin Argentina üçün nə qədər mübarizə apardığına və nələr verdiyinə heç vaxt şübhə etməyin".
Messi komanda yoldaşlarına inamının hər zaman yüksək olduğunu da söyləyib:
"Hər dəfə meydana çıxanda bilirdim ki, qarşımızda kim olursa-olsun, onunla mübarizə apara bilərik. Yanımdakı döyüşçülərin meydanda hər şeylərini verməyə hazır olduqlarını hiss edirdim".
Qeyd edək ki, Messi Argentina millisi ilə 2022-ci ildə dünya çempionu olub. O, həmçinin iki dəfə Amerika Kubokunu və "Finalissima"nı qazanıb.

İdman       Tarix: 08 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Ronaldo ilə görüşə bilərlər

Portuqaliya milli komandasının baş məşqçisi Jorje Jesus Portuqaliya Futbol Federasiyasının (FPF) hücumçu Kriştiano Ronaldo ilə görüşmək təklifini qəbul edib. xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb

38 yaşlı milyarder FİDE-nin başına keçdi

Qazaxıstanlı iş adamı Timur Turlov Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni prezidenti seçilib. xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, seçki Özbəkistanın Səmərqənd şəhərində keçirilə

"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos

Futbol dünyasının braziliyalı əfsanəsi Roberto Karlos karyerası ərzində topladığı bütün sərvəti menecerləri və ailəsi ilə bağlı problemlər üzündən itirdiyini açıqlayıb. -a istinadən xəbər verir ki, Portuqaliyada keçirilə

Messinin vida matçının tarixi açıqlandı

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin yığmaya qoşulma vaxtı və gözlənilən vida oyunu barədə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messini

"Formula-1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb. Fəxri kürsünün ilk pilləsində "Mersedes"in britaniyalı pilotu Corc Rassell yer alıb. "Red Bull"dan niderlandlı Maks Ferstappe

Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki ilk oyununa çıxıb. KONKRET. -a istinadla xəbər verir ki, Albaniyanın Rroqojinə şəhərində İrlandiya ilə keçirilən B Liqasının matçı rəqibi

Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq

"Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasında İstanbul təmsilçisinin "Barselona" ilə oyununda texniki müşahidəçi kimi fəaliyyət göstərəcək. -a istinadən xəbər verir ki, bu barəd

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

Bakıda dünya rekordu yeniləndi

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun ilk final seansı keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) məlumat yayıb. Bildirilib ki, federasiyanın təşkilatçılığı


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbər son.xeberler sou xeberler cəbhədən xəbər