Trampın İran planı üzə çıxdı - TƏCİLİ

Trampın İran planı üzə çıxdı - TƏCİLİABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb.
KONKRET.az xəbər verir ki, politoloq Turan Rzayev bu barədə fikirlərini bölüşüb.
O bildirib ki, Tramp noyabrın 19-da "Fox News"a müsahibəsində İranın nüvə proqramından əlavə, kimyəvi qazlar və bioloji vasitələrlə də maraqlandığını iddia edib.
Politoloqun sözlərinə görə, ABŞ-İran gərginliyinin davam etdiyi bir vaxtda bu cür açıqlamaların səsləndirilməsi təsadüfi deyil. Onun fikrincə, kimyəvi və bioloji silahlarla bağlı iddiaların gündəmə gətirilməsi Vaşinqtonun İrana qarşı ciddi addımlar atmağa hazırlaşdığı və ya Tehranı bu yolla qorxutmaq istədiyi ehtimallarını artırır.
T.Rzayev qeyd edib ki, Tramp irəli sürdüyü iddiaları hələlik konkret sübutlarla əsaslandırmayıb. Bununla belə, bu ritorika ABŞ-ın xarici siyasətində əvvəllər də müşahidə olunan yanaşmanı xatırladır.
Politoloq 2003-cü ildə İraqa hərbi müdaxilə ərəfəsində ABŞ-ın Səddam Hüseyn rejimini kütləvi qırğın silahlarına malik olmaqda ittiham etdiyini xatırladıb. Həmin vaxt Vaşinqton İraqın kimyəvi və bioloji silah arsenalının beynəlxalq təhlükə yaratdığını bildirərək bunu hərbi müdaxilənin əsas arqumentlərindən biri kimi təqdim edirdi.
Lakin sonradan İraq Araşdırma Qrupunun hesabatı ölkədə iddia edilən kütləvi qırğın silahı ehtiyatlarının mövcudluğunu təsdiqləmədi. Buna baxmayaraq, İraqa hərbi müdaxilə edildi və Səddam Hüseyn hakimiyyətdən devrildi.
T.Rzayev hesab edir ki, hazırda İranla bağlı oxşar ritorikanın yenidən gündəmə gətirilməsi Tehrana qarşı hərbi-siyasi təzyiqin artırılmasına xidmət edə bilər.
Onun qənaətinə görə, Trampın əsas məqsədi hələlik İranı geri addım atmağa məcbur etmək, Tehran üzərində təzyiqi gücləndirmək və mümkün hərbi addımlar üçün siyasi zəmin formalaşdırmaqdır.
Politoloq düşünür ki, bu cəhdlər nəticə verməsə, İrana hərbi müdaxiləni əsaslandırmaq üçün irəli sürülən iddialar daha da ciddiləşə bilər.

Siyasi       Tarix: 22 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir

Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. Bu sözləri Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsini

"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək

"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanın xarici siyasətinin Asiya istiqamətində genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması baxımında

Trampın İran planı üzə çıxdı - TƏCİLİ

ABŞ Prezidenti Donald Trampın İranın kimyəvi və bioloji silahlarla maraqlandığı barədə iddiası Vaşinqtonun Tehrana qarşı mümkün hərbi planları ilə bağlı müzakirələri yenidən alovlandırıb. xəbər verir ki, politoloq Turan Rzaye

Rumıniya səfiri Rusiya XİN-ə çağırıldı

Rumıniyanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsindən bildirilib. Buxarestin Rusiya idmançılarına viza verməkdən imtin

Qarakənd faciəsindən 35 il ötür

Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin, dövlət xadimlərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının bu gün növbəti ildönümüdü

İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyab

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounla görüşüb və söhbət zamanı TRIPP layihəsinin əhəmiyyəti vurğulanıb. Bu barədə -a Xarici İşlə


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri maliyye xeberler bugun krminal bu gun ən son xəbərlər