Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlamaAzərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır.
KONKRET.az Report-a istinada xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Almaniya üçün əhəmiyyəti ikitərəfli əməkdaşlıq çərçivəsindən kənara çıxır, çünki Cənubi Qafqaz regionu həm də Avropa ölkələrinin əhəmiyyətli həcmdə xammal və digər zəruri resurslar əldə etdiyi Mərkəzi Asiya ilə birləşdirici halqa rolunu oynayır.
"Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm təchizatçısıdır. Rusiya tədarükündən daha çox müstəqil olmalı olduğumuz bir dövrdə isə bizə etibarlı təchizatçılar lazımdır, Azərbaycan da onların sırasına daxildir. Gələcəkdə bu əməkdaşlığın dayanıqlığı və genişlənməsi iqtisadiyyatımızın, eləcə də münasib qiymətə enerjiyə ehtiyacı olan istehlakçıların maraqlarına cavab verir", – XİN başçısı bildirib.
Almaniya tərəfinin Azərbaycana səfəri zamanı tədarük həcmlərinin artırılması mümkünlüyü ilə bağlı konkret danışıqlar apara bilib-bilmədiyi barədə suala Y. Vadeful müsbət cavab verib.
"Bəli, müvafiq razılaşmalar artıq əldə olunub və onların icrasına gələn il başlanacaq. Bu əməkdaşlıq davam etdirilməli və genişləndirilməlidir. Bunun üçün siyasi təməl lazımdır – xarici işlər naziri kimi mən məhz bununla məşğul oluram. Bütün digər məsələlər özəl şirkətlər tərəfindən razılaşdırılacaq. Lakin biz bu prosesi dəstəkləyirik", – o əlavə edib.
Nazir həmçinin vurğulayıb ki, qlobal qeyri-müəyyənlik şəraitində Avropaya ticarət və enerji təchizatında etibarlı tərəfdaşlar lazımdır: "Hesab edirəm ki, Cənubi Qafqaz onların sırasına daxildir".

Siyasi       Tarix: 22 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev etimadnaməsini bu ölkənin Prezidenti Ülle Madiseyə təqdim edib. -un məlumatına görə, diplomat bu barədə "facebook" səhifəsində bildirib. Görüş zamanı tərəflər Azərbaycan-Estoniy

Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI

TRIPP proqramının əsas istiqamətlərindən biri energetika və elektrik enerjisinin tranzitidir. KONKRET.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ermənista

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. xəbər verir ki, Azərbaycanın müstəqilliy

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler hava haqqinda maşın realiti şou siyaseti xeberler bugun