Mesut Özil "Fənərbağça"da debüt etdi
Fevralın 2-də futbol üzrə Türkiyə çempionatının XXIII turunun birinci qarşılaşmasında "Fənərbağça" səfərdə "Hatayspor"un qonağı olub.
Publika.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 26-cı dəqiqədə İstanbul klubunun hücumçusu Mame Babe Tiam açıb. 77-ci dəqiqədə "Fənərbağça"nın yeni transferi Mesut Özil meydana daxil olaraq, komandasında debüt edib. O, qolun müəllifini əvəzləyib. Matçın 88-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Jean Klaude Billonq topu səhvən öz qapısından keçirib. Aaron Boupendza vurulan qollardan birinin əvəzini çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, "Fənərbağça" səfərdə "Hatayspor"u 2:1 hesabı ilə məğlub edib.
Günün digər matçında İstanbul derbisi keçiriləcək. "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək. Digər matçda isə "Rizəspor" doğma meydanda "Kasımpaşa" ilə üz-üzə gələcək.
Turun digər oyunları aşağıdakılardır:
"Sivasspor" - "Ərzurumspor";
"Fatih Karagümrük" – "Qaziantep";
"Kayserispor" - "Alanyaspor";
"Antalyaspor" – "Beşiktaş";
"Konyaspor" – "Gənclərbirliyi";
"Göztəpə" – "Yeni Malatyaspor";
"Trabzonspor" - "Dənizlispor".
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla "Fənərbağça" başçılıq edir. İkinci pillədə 44 xal toplayan "Beşiktaş", üçüncü pillədə isə 42 xala malik olan "Qalatasaray" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda "Ankaragücü" istirahət edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu