Mətbuat konfransındakı incə MƏQAMLAR

Mətbuat konfransındakı incə MƏQAMLAR Mətbuat konfransındakı incə MƏQAMLAR
Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun bu statusda Rusiya Federasiyasına ilk səfəri, səfərlə bağlı yayılan rəsmi açıqlamalar, onun rusiyalı həmkarı Sergey Lavrovla keçirdikləri birgə mətbuat konfransı bir neçə incə məqamı ilə diqqət çəkdi.
Bunlara toxunmazdan əvvəl, nəzərə almalıyıq ki, yeni nazirin bu səfəri Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatdan, iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana 400 ton həcmində hərbi yükün göndərilməsinə dair ölkəmizin rəsmi etirazından sonrakı dövrə təsadüf etdi.
Səfər ərəfəsində Sarqsyanın məqsədli şəkildə belə bir açıqlaması da yayılmışdı ki, onun rəhbərliyi dövründə Ermənistana Rusiyadan 50 min ton həcmində pulsuz hərbi-texniki yük göndərilib. Bu açıqlama da nazirin səfərinə olan diqqəti xüsusi ilə artırırdı.
İndi keçək mətbuat konfransında qabardılan, diqqət çəkən mühüm və incə məqamlara:
Mətbuat konfransındakı incə MƏQAMLAR Rusiya Federasiyası Xarici İşlər nazirinin ilk çıxışı təxminən 3 dəqiqə çəkdi. Bizim nazirin çıxışı isə iki dəfədən də çox, 7 dəqiqəyədək davam etdi. Təkcə bu incə diplomatik məqamın özü o demək idi ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiyanın diqqətinə çatdırmaq istədiyi, ikitərəfli münasibətlərdə həssaslıq göstərdiyi və gözlədiyi mövzular daha çoxdur. Eyni zamanda, ölkəmiz bu məsələlərdə haqlı olduğundan, mövqeyi beynəlxalq hüquqa söykəndiyindən nazirimiz onları açıq şəkildə ifadə etməyi mümkün və zəruri hesab edir.
Nazir rusiyalı həmkarına ölkəmizi narahat edən və qəbul etmədiyimiz məqamlar sırasında bunları göstərdi:
- Ermənistan tərəfindən işğalçılıq siyasətinin 30 ilə yaxın müddətdə davam etdirilməsi, beynəlxalq səviyyədə Azərbaycanın işğal edilmiş 20% ərazisinin hələ də azad olunmaması;
- Az qala 30 il ərzində davam edən danışıqlar prosesində işğalçı Ermənistanın qeyri-konstruktiv mövqe tutması və bu səbəbdən danışıqların imitasiya xarakteri alması.
Nazir ölkəmizin haqlı tələblərini açıq şəkildə ifadə etdi və Azərbaycanın rəsmi mövqeyini bir daha rusiyalı həmkarının, mətbuat konfransında iştirak edənlərin nəzərinə çatdırdı:
- Azərbaycan əraziləri qeyd-şərtsiz işğaldan azad olunmalıdır;
- Azərbaycanlı əhalinin tarixi dədə-baba torpaqlarına qayıtması təmin edilməlidir;
- Danışıqlar konkret bu məsələlər ətrafında aparılmalı, imitasiya xarakteri daşımamalı, substantiv olmalıdır;
- Danışıqlar prosesinin pozulmasına yönəldilən hərəkət və bəyanatlar beynəlxalq birlik, ilk növbədə, ATƏT-in Minsk qrupu tərəfindən, yəni o cümlədən regionda güc sahibi olan, vasitəçilik öhdəliyini üzərinə götürən ölkələrdən biri kimi Rusiya tərəfindən də qınanmalı, Ermənistan konstruktiv mövqeyə sövq edilməlidir;
- Danışıqlar beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər təşkilatların sonrakı illər qəbul etdikləri sənədlər əsasında aparılmalıdır.
Rusiya Federasiyası Xarici İşlər nazirinin çıxışında diqqəti çəkən məqamlar isə bunlardan ibarət idi:
- Danışıqlar Beynəlxalq birliyin qəbul etdiyi qərarlar, o cümlədən BMT TŞ-nın qətnamələri əsasında aparıla bilər.
Burada diplomatik dildəki incə detal ondan ibarət idi ki, rusiyalı nazirin işlətdiyi "o cümlədən" ifadəsi bizim nazirin vurğuladığı "ilk növbədə" ifadəsi ilə üst-üstə düşmürdü;
- Danışıqlar formatının dəyişdirilməsi qəbuledilməzdir;
- Tovuz rayonu istiqamətində baş vermiş münaqişənin gələcəkdə təkrarlanmaması üçün həmsədrlər, eləcə də Azərbaycanın və Ermənistanın dostları əllərindən gələni əsirgəməməlidirlər;
Dostlar məsələsinin vurğulanması da incə məqamlardan biri oldu. Azərbaycanın dostu dedikdə, yəqin və şübhəsiz ki, ilk növbədə qardaş Türkiyə nəzərdə tutulurdu.
Ermənistanın dostları siyahısı isə məlum suallar arxasında saxlanıldı;
- Azərbaycanın yeni Xarici İşlər nazirinin ilk səfərini deyil, ilk səfərlərindən birini Rusiyaya etdiyinin altı xüsusi olaraq cızıldı və diplomatik qısqanclıqda özünü biruzə verdi.
Mətbuat konfransındakı incə MƏQAMLAR Qardaş Türkiyədən fərqli olaraq, nazirimizin Rusiyada birinci şəxs tərəfindən qəbulunun baş tutmaması, iş qrafiki və pandemiya ilə yanaşı, yəqin həm də bununla bağlı oldu. 
Bu səfər fonunda Türkiyənin rəsmi dairələri tərəfindən Azərbaycana dəstək ifadələrinin açıq şəkildə bir daha təkrar olunması heç də təsadüfi görünmürdü.
Səfərlə bağlı yayılan rəsmi açıqlamalar, vurğuladığımız detal və məqamlar onu göstərir ki, yeni Xarici İşlər naziri Ceyhun Bayramov münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin birmənalı mövqeyini və buna qədər elan etdiyi, beynəlxalq hüquqa söykənən prinsipial yanaşmasından geri çəkilməyəcəyini diplomatik qaydalar çərçivəsində beynəlxalq ictimaiyyətin və həmsədrlərin diqqətinə uğurlu şəkildə çatdırdı.
Ülvi Quliyev
Milli Məclisin deputatı 
Modern.az

Siyasi       Tarix: 28 avqust 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun hava xeber.az bu gun xəbər az