Mətbuat Şurası "Ədalət" qəzetinin 35 illik yubileyini təbrik etdi
Müasir Azərbaycan mediasının dəyərli mətbu nümunəsi, özünün dəst-xətti, hadisə və proseslərə prinsipial yanaşması ilə seçilən "Ədalət" qəzetinin 35 yaşı tamam olur.
1990-cı ilin bu günündə yaranmış "Ədalət" qəzetinin fəaliyyətinin qayəsində Azərbaycanın müstəqilliyi ideyası dayandı. Nəşr həmin vaxt məhrumiyyətlər və çətinliklər bahasına ərsəyə gəlmiş azsaylı mətbuat orqanları ilə barabər, bu amal uğrunda əzmlə mübarizə apardı, dövlət müstəqilliyimizi haqq və ədalət işi kimi aşılayaraq ona müqəddəs obraz qazandırdı.
Müstəqillik illərində "Ədalət" qəzeti medianın gücünün dövlət quruculuğu naminə səfərbərlik örnəyinə çevrildi. Nəşr bu örnək fəaliyyəti ilə eyni zamanda əsl jurnalistika məktəbi kimi püxtələşdi. Elə bir məktəb ki, müdavimləri sırasında ictimaiyyətdə tanınan, söz və nüfuz sahibi olan çoxsaylı şəxslər var.
"Ədalət" bu gün də dəst-xəttinə sadiqdir. Onun sadiqliyi özündə 150 yaşlı milli mətbuatımızın ənənələrini yaşadır. Başda dəyərli Aqil Abbas və İradə Tuncay olmaqla, yubilyar nəşrin bütün ənənə daşıyıcılarını və əməksevər kollektivinin hər bir üzvünü 35 illik yubiley münasibəti ilə təbrik edirik. Əminik ki, bu əlamətdar günün bəxş etdiyi qürur və fəxarət hissi "Ədalət"ə və nəşrdə çalışanlara daha böyük uğurlar qazandıracaq. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır