Metro və avtobuslarda kondisionerlərlə bağlı narazılığa REAKSİYA
Havaların istiləşməsi ilə Bakıda ictimai nəqliyyatda kondisionerlərin işləməsi məsələsi geniş müzakirə olunur.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Trend"ə açıqlamasında bildirib ki, ümumən 115 yeni nəsil kondisionerli vaqon var. Bu isə toplamda 23 qatar edir və hər qatar beş vaqondan ibarətdir.
"Kondisioner söndürülmür. Vaqonlardakı kondisionerlər sistemə qoşulu olur. Havanın temperaturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Hazırda vaqonlarda kondisionerlər işləyir", - deyə B.Məmmədov qeyd edib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür.
"Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.
Eyni zamanda, qeyd edək ki, prosedura uyğun olaraq, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib", - deyə məlumatda qeyd olunub. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır