Metronun 'Həzi Aslanov' - 'İçərişəhər' istiqamətində kondisionerli qatarlar niyə azdır? - AÇIQLAMA

Metronun 'Həzi Aslanov' - 'İçərişəhər' istiqamətində kondisionerli qatarlar niyə azdır? - AÇIQLAMAHər gün vətəndaşlar mənzil başına çatmaq üçün ictimai nəqliyyatdan istifadə edir.
Ən çox istifadə olunan ictimai nəqliyyatlardan biri isə Bakı Metropolitenidir. İsti havada, yerin altında kondisioner olmayan qatarlardan istifadə edən insanların hansı çətinliklərlə üzləşdiyini təxmin etmək mümkündür.
"Həzi Aslanov"-"İçərişər" istiqamətində yalnız 3 yeni nəsil qatarların hərəkət etdiyini nəzərə alsaq, həmin istiqamətdə vətəndaşların istidən və havalandırma sistemi olmayan qatarlardan istifadə etdiyini deyə bilərik. Vətəndaşlar isti yay günlərində kondesionersiz qatarlardan şikayət edirlər. 
Metronun 'Həzi Aslanov' - 'İçərişəhər' istiqamətində kondisionerli qatarlar niyə azdır? - AÇIQLAMABəs niyə "Həzi Aslanov"- "İçərişəhər" istiqamətində cəmi 3 yeni qatar fəaliyyət göstərir?
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov azxeber.com-a açıqlamasında sərnişinlərin ən böyük axın istiqaməti yaşıl xətt üzrə, yəni "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində olduğu üçün daha çox yeni nəsil qatarların o istiqamətdə fəaliyyəti təmin olunub deyə bildirib:
"Nəzərə alsaq ki, Bakı Metropolitenində qatarların fəaliyyəti və hərəkət istiqamətləri bir neçə məsləyə uyğun olaraq təmin olunur. Onlardan ən vacibi yeni nəsil qatarların hərəkət istiqamətləridir. Bu gün 23 yeni nəsil qatar var ki, onlardan 3-ü İçərişəhər, qalan 20-i isə "Dərnəgül" istiqamətində hərəkət edir.
Burada birinci vacib məsələ ondan ibarətdir ki, metropolitendə sərnişinlərin ən böyük axın istiqaməti yaşıl xətt üzrə, "Dərnəgül"- "Həzi Aslanov" istiqamətindədir. Bu səbəbdən də yeni nəsil qatarların böyük əksəriyyəti həmin istiqamətə yönləndirilib. Bundan əlavə burada metropolitenin mürəkkəb infrastrukturu və texniki məqamlar da mühüm rol oynayır. Yeni nəsil qatarlar üçün ən uyğun istiqamət yenə də yaşıl istiqamət hesab olunur.
Bununla belə bundan sonra yeni nəsil qatarların sayı artdıqca qırmızı xətt üzrə hərəkət "İçərişəhər"- "Həzi Aslanov" istiqamətində ayrıca olaraq baxılacaq və buna uyğun qərar veriləcək".
Qarşıdakı 3 il ərzində Bakı Metropoliteninə 65 yeni vaqon gətiriləcək deyən Bəxtiyar Məmmədov bu qatarlardan bir neçəsinin "İcərişəhər" istiqamətində istifadə üçün ayrılacağını qeyd edib: 
"Qarşıdakı 3 ilə ərzində 65 yeni vaqon gətiriləcək. Bu da 13 qatar deməkdir. Bunlardan 7-si yəni 35 vaqon bu il ərzində gətiriləcək. 7 qatar xəttə verilərkən bu məsələyə baxılması mümkündür. Həmin qatarların hərəkət istiqaməti müəyyən olunarkən ümumi olaraq xəttlər üzrə hərəkət prinsipi ilə texniki məqamlara xüsusi diqqət yetiriləcək. Yeni qatarlar gəldikcə ictimaiyyətə bu haqda məlumat veriləcək".
Bakı metropoliteninin iki xətti - yaşıl və qırmızı xətt "28 may" stansiyasından birləşdiyindən faktiki olaraq əsas hərəkət zonası olan həmin stansiyada bütün yeni nəsil qatarların hərəkət zonasına daxildir. Qırmızı xətt üzrə hərəkət edən sərnişinlərin də böyük qismi "28 may"a qədər yeni nəsil qatarlardan rahat istifadə edə bilirlər. Yalnız 2 stansiya istiqamətində qırmızı xətt bölgüsü həyata keçirilir" deyə qurumun sözcüsü bildirib.
Günel Hüseynli

Sosial       Tarix: 25 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gun cəbhədən son görüntülər son xeberler bugun 2026 muharibe valyuta mezennesi 2026