Metyu Brayza: "Ermənistan hələ də məğlubiyyətin şokundadır
Metyu Brayza: "Ermənistan hələ də məğlubiyyətin şokundadır"
"Qarabağdakı atəşkəsə dair 10 noyabr bəyanatı sülhün təməli ola bilər. Açıqlamalardan görünür ki, müzakirələr təməl prinsiplərə dair aparılıb. Amma Paşinyan Ermənistan baş naziri kürsüsündən getsə, hakimiyyətə gələcək qüvvələr əldə edilmiş razılaşmaları pozmaqla buna mane ola bilər. Halbuki həmin razılaşma regional layihələr, o cümlədən Şərq-Qərb enerji dəhlizi çərçivəsində çox geniş imkanlar açır".
"Report" xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, hazırda "Atlantik Şura"nın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayza Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən keçirilən "Cənubi Qafqazda yeni reallıqlar: perspektivlər və təhlükələr" adlı vebinarda bildirib.
"İkinci Qarabağ müharibəsi başa çatandan sonra həm də Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağına dair saziş imzalandı. Bu, iki ölkə arasında münasibətlər tarixinin yeni səhifəsidir. Bütövlükdə regional layihələr həm Azərbaycanla Türkiyə, həm də regiondakı iqtisadi əlaqələrə daxil olmaq fürsəti qazanan Ermənistan üçün geniş imkanlar yaradır. Amma bunun üçün maneələr var. Gördüyümüz kimi, Ermənistan hələ də bu cür üçtərəfli format çərçivəsində əməkdaşlığı qavraya bilməyərək müharibədəki məğlubiyyətin yaratdığı şokdadır" – deyə ekspert vurğulayıb. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub