Metyu Brayza: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz
Metyu Brayza: "Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz"
Baş verənlərdən sonra deyə bilərik ki, ATƏT-in Minsk Qrupu mövcud formatda ola bilməz.
Bunu Media.az-a açıqlamasında ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
O, Fransa Senatının sadəcə mənasız olan qətnaməsindən heç bəhs etmək belə istəmədiyini deyərək, Parisin ümumiyyətlə bir tərəfə - Ermənistana tam dəstək göstərdiyini vurğulayıb.
"Fransa sadəcə olaraq ATƏT-in Minsk Qrupunun həmsədri, yəni vasitəçisi ola bilməz", - deyə politoloq əlavə edib.
ABŞ-a gəlincə isə M.Brayza bildirib ki, ölkə prezidentinin bu payıza qədər Qarabağ münaqişəsi barədə məlumatlı olmasına inanmır:
"ABŞ iyul döyüşlərindən sonra nizamlanmada heç bir rol oynamadı. Siyasi boşluq yarandı. Bu, xüsusən İkinci Qarabağ müharibəsinin sonunda, siyasi bir razılaşma masada olduğu zaman nəzərə çarpdı. Sülhməramlılara ehtiyac var idi, bu göz qabağındadır. ABŞ və Fransa həmişə Rusiya sülhməramlılarına qarşı olublar (Gürcüstan və Moldova təcrübəsini xatırlayırıq). Ancaq Qarabağ münaqişəsindən danışırıqsa, yalnız Rusiya onları təqdim etməyə hazır idi", - deyə sabiq səfir bildirib.
Bununla yanaşı o, Türkiyə amilini də xatırladıb.
"NATO-nun ikinci böyük ordusunun kontingenti indi Rusiya ilə imzalanan müqaviləyə əsasən Azərbaycanda görünəcək. Moskva və İrəvan hər zaman bunun əleyhinə olub, lakin indi Türkiyə qoşunları Azərbaycanda olacaq və onlar sabitləşdirici qüvvədir. Yeni bir geosiyasi vektor yaradılır. Və bu çox maraqlıdır", - deyə Metyu Brayza vurğulayıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."