Metyu Brayza: "Zəngəzur dəhlizinin açılması Gürcüstanın tranzit biznesinə mənfi təsir göstərməyəcək"
Zəngəzur dəhlizinin istifadəyə verilməsi Gürcüstanın tranzit biznesinə mənfi təsir göstərməyəcək.
KONKRET.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Xəzər Həftəsi Forumu 2023" tədbirində Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib.
"Gürcüstandan olan dostlar narahatdırlar ki, Zəngəzur dəhlizi onların tranzit biznesinə mənfi təsir göstərəcək. Amma bu doğru deyil. Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə logistik marşrutların əksəriyyəti Cənubi Qafqazdan keçəcək və bu da hamı üçün əlverişlidir", – deyə sabiq səfir vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi regionun əsas oyunçularının tranzit potensialını artıracaq: "Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə üçün imkanlarla yanaşı, Naxçıvanın inkişafına da təsir göstərəcək"./Report

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ