Məzarını qazdıran Ağamirzə: "Ölüm mənim üçün səadətdir" - AÇIQLAMA
Məzarını qazdıran Ağamirzə: "Ölüm mənim üçün səadətdir" - AÇIQLAMA
Meyxanaçı Ağamirzə Məmmədov məzarını qazdırıb.
O, bu barədə "Həmin Zaur" proqramında aparıcı Zaur Kamalın sənətlə bağlı suallarını cavablayarkən danışıb.
İzləyicilər meyxanaçının açıqlamasını birmənalı qarşılamayıblar. Onun xəstə olması barədə fikirlər səsləndiriblər.
Oxu.Az-a danışan tanınmış meyxanaçı Ağamirzə Məmmədov səsləndirdiyi fikrə aydınlıq gətirib:
"Heç bir xəstəliyim yoxdur. Əksinə, hər şey yaxşıdır.
Bir dəfə dostumun atası dünyasını dəyişdi. Hava çox soyuq idi. Qar yağırdı. Gördüm dostum atasının məzarını qazdırmaq üçün çox əziyyət çəkdi. Mən də bunları nəzərə aldım. Sabah bilinmir nə olacaq. Ola bilər sabah öldüm. Hər beli yerə vuranda deməsinlər ki, bu da vaxt tapdı ölməyə. Ona görə məzarımı qazdırmışam. O məzar mənim üçün dərsdir".
Meyxanaçı bildirib ki, məzarı Maştağada, atasının məzarı yanında yerləşir, 4 il əvvəl qazdırıb:
"Orada babam, atam, əmilərimin məzarları var. Bir mən yoxam. Məsləhət Allahındır, mən olmaram, başqasını, qardaşımı, qohumlarımı basdırarlar. Hər dəfə gedib məzarıma baxıram deyirəm ki, ay Ağamirzə, çaşma. Yadında saxla. Camaatla acı danışma, addımlarını iri atma, təkəbbürlü gəzmə. Ola bilər təyyarədə partlayış olsun, heç meyitim tapılmasın. Ola bilər suda boğulum. Bəzi insanlar elə bilirlər ki, ölməyəcəklər. Mən hər gün yatanda fikirləşirəm ki, ola bilər sonuncu yuxum olsun, ayılmayım. Səhər duranda əllərimi açıram, deyirəm ki, şükür, bu gecəni də sağ-salamat yatdıq".
Müsahib bildirib ki, məzarını qazdıranda qohumları ona "bədniyabət" deyiblər:
"Mənə dedilər ki, qara ağzını açma. Ölüm hamımız üçün var. Hesab edirəm ki, qəbahət iş görmürəm. Gördüm boş yer var, məzar qazdırdım. Ölüm mənim üçün səadətdir. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür. Yoxsa nə edirsən et, xoşbəxt olmayacaqsan. Təki, Allah bizi bağışlasın".
Şəlalə Babayeva
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi