Mikroplastikləri udan ağac tapılıb - FOTO/VİDEO
Mikroplastikləri udan ağac tapılıb - FOTO/VİDEO
Tozağacı torpağı çirkləndirən mikroplastiklərlə mübarizədə və planetin təmizlənməsində faydalı ola bilər.
Bu barədə Leybnits adına Şirin Su Ekologiyası və Balıqçılıq İnstitutunun alimləri məlumat veriblər.
Mütəxəssislər bunun üçün maraqlı təcrübə keçiblər. Belə ki, onlar 5 ilə 50 mikrometr ölçüsündə olan mikroplastik hissəcikləri floresan boya ilə nəmləndiriblər və onları torpaqla dolu konteynerlərə əlavə ediblər. Elə həmin qabda sallaq tozağacı tingləri əkilib.
Beş ay sonra yetişdirilən bitkilər mikroskop altında araşdırılıb. Məlum olub ki, tozağacların kök sistemləri mikrohissəciklərin 5-17 faizini udub.
Tədqiqatın müəllifi Ket Osten qeyd edib ki, gələcəkdə bu növ ağacların mikroplastikləri udmaqda effektivliyi, eləcə də bu maddənin bitkinin sağlamlığına təsirini müəyyən etmək öyrəniləcək.
"Lakin bu ilkin araşdırma sübut etdi ki, toağacları planeti təmizləmək potensialına malikdir. Bəlkə də onların köməyi ilə biz torpağın və suyun keyfiyyətini yaxşılaşdıra bilərik", - deyə alim əlavə edib.
Mənbə: IGB
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız