"Milan"ın futbolçusu itkin düşdü
İsveçin "Norrçöpinq" klubunda icarə əsasında çıxış edən "Milan"ın hücumçusu Emil Robak itkin düşüb.
KONKRET.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 20 yaşlı futbolçudan 14 gündür heç bir xəbər yoxdur. "Norrçöpinq" və oyunçunun ailəsi Emilin başına nə gəldiyini bilmirlər. Robak iki həftədir komandanın məşqində iştirak etmir. O, komanda yoldaşlarına məşqə getməyəcəyi ilə bağlı xəbərdarlıq etməyib.
Bildirilir ki, "Norrçöpinq"in idman direktoru Robakla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib. Hazırda yerli mətbuatda futbolçunun itkin düşməsi ilə bağlı xəbərlər yayılır.
Robak 2020-ci ildən "Milan"ın oyunçusudur. Onun İsveç klubu ilə icarə müqaviləsi bu ilin noyabrına qədər nəzərdə tutulub.

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
İrem Dericinin nişanlısı saxlanıldı
Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO
Unibank bankomat şəbəkəsini yeniləyir
Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR
Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin
Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı