Millət vəkili: "COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamam

Millət vəkili: "COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamamMillət vəkili: "COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm, çünki sağlam adamam"
"COVID-19 əleyhinə vaksin vurdurmağı hələlik düşünmürəm. Çünki çox sağlam adamam".
Bunu Modern.az-a Milli Məclisin deputatı Sabir Hacıyev bildirib.
Deputat həyatı boyu xəstələnmədiyini xüsusi olaraq qeyd edib:
"Nə zamansa xəstələndiyimi xatırlamıram. Evimdə heç bir dərman vasitəsi yoxdur. İnanın, temperaturumun yüksəldiyi də ağlıma gəlmir. İnsanlar hər il mövsümi xəstəliklərlə, qriplə mübarizə aparır.
Mən heç vaxt qrip də olmamışam. Hesab edirəm ki, ağır qrip keçirən insanlar mütləq qrip əleyhinə peyvənd vurdurmalıdır. Hətta tez-tez xəstələnən adamlar koronavirus əleyhinə vaksinasiya olunmalıdır".
Sabir Hacıyev heç vaxt xəstələnməməsinin səbəblərini də açıqlayıb. Deyib ki, hər şeydən öncə idmanla məşğul olur:
"Deyəndə ki, xəstələnmirəm, bu, çoxlarına qəribə gəlir. İllərdir idmanla məşğul oluram. Bir ildən çoxdur ki, idman zalları bağlıdır və mən ev şəraitində idmana davam edirəm. Düzü, idman zallarının bağlı qalmasını məntiqlə anlamıram.
Necə olur ki, restoranlar açılır, amma zallar yox?! Halbuki idman zallarında məsafə mütləq olur. Trenajorda ancaq bir adam məşq edir. Parlamentin ötən plenar iclasında həmkarım Fazil Mustafa da bu məsələyə haqlı iradını bildirmişdi".
Deputat sağlam qidalanmanın da əsas şərt olduğunu vurğulayıb:
"İdmanla yanaşı, həm də sağlam qidalanmaya üstünlük verirəm. Subay adamam. Evdə yeməklərimi də özüm hazırlayıram. Ən yaxşı iki, ya da üç aşpaz varsa, onlardan biri mənəm.
Aş, bozartma, buğlamanı o qədər dadlı bişirirəm ki, məni tanıyanlar restorana yox, evimə qonaq gəlir. Dünya mətbəxinin təamlarını də çox dadlı hazırlaya bilirəm.
Bir sirr açım: yeməkləri sevgi ilə, məhəbbətlə bişirdiyimdən çox dadlı alınır. Hətta bəzi aşpazlar da bir neçə dəfə necə dadlı yemək bişirdiyimin şahidi olub. Əti necə səliqəli doğradığımı da söyləyə bilərəm.
Mətbəx sevgim uşaq yaşlarımdan formalaşıb. Yadımdadır ki, vaxtilə müxtəlif vəzifələrdə işləsəm də, bazarlığı heç vaxt sürücünün öhdəsinə buraxmamışam. Çox yaxşı bazarlıq etmək bacarığım da var". /oxu.az

Siyasi       Tarix: 01 mart 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler son xabarlar son xəbərlər azərbaycanda sonxabar xeberler bugun