Millət vəkili: "Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq, döyüş gözlənilir
Millət vəkili: "Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq, döyüş gözlənilir"
"Mənə belə gəlir ki, biz Ermənistan tərəfindən təxribatlara hazır olmalıyıq. Mənim gümanıma görə, döyüş gözlənilir".
Bunu "Qafqazinfo"ya açıqlamasında deputat Fəzail Ağamalı Ermənistanın Baş Naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, döyüş baş verərsə, Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir:
"Əgər Rusiya bu proseslərə qoşularsa, artıq son hadisələr göstərdi ki, qardaş Türkiyə Azərbaycanla bərabər olacaq. Mənə elə gəlir ki, gedən proseslər Azərbaycanın ziyanına deyil. Sadəcə olaraq biz bundan istifadə edib öz üstünlüyümüzə söykənərək qardaş Türkiyənin Azərbaycanın yanında olmasını da nəzərə alıb Ermənistana çox sarsıdıcı, ağır və son zərbələri vurmalıyıq.
Bütövlükdə Dağlıq Qarabağ, Xankəndi də daxil olmaqla Azərbaycanın torpaqları azad edilməli və suverenliyimiz təmin olunmalıdır. Xalqımız buna hazırdır və dövlətimizlə bərabərdir. Ola bilsin ki, içəridə müəyyən təxribatlar törədə biləcək rusiyapərəst qüvvələr ola bilər. Mən əminəm ki, bizim xüsusi xidmət orqanlarımız bunun fərqindədir və dərhal onlar da zərərsizləşdirilməlidir. Onların da başı ermənilərin başı kimi əzilməlidir".
Deputat vurğulayıb ki, Rusiyanın rəhbərliyi altında Ermənistanda planlar hazırlanmaqdadır:
"Bizim üçün narahatlıq doğuran bu planların detalları bəlli deyil. Burada iki məqamı yaddan çıxarmaq olmaz. Tovuz istiqamətində ağır məğlubiyyətə uğrayan Ermənistan iyulun 17-dən Rusiyadan geniş şəkildə davamlı olaraq silahlandırılmaqdadır. Baxmayaraq ki, Şoyqu Bakıya gələndə Şuşa nağılı danışdı. Guya ora inşaat materialları daşınır. Buna orta məktəb şagirdi də inana bilməz.
Bir neçə gün əvvəl Paşinyan qondarma Dağlıq Qarabağ Respublikasında terrorçularla görüşə tələsdi. O görüşdə qeyd etdi ki, ciddi planları var. Bu nə plandır hələ bilinmir. Ancaq bunun təqribi şifrəsi ondan ibarətdir ki, Tovuz döyüşündən sonra həm Ermənistanın ciddi məğlubiyyətə uğraması, həm də Türkiyə ilə Azərbaycan arasında genişmiqyaslı 10 gün davam edən müxtəlif spektrli hərbi təlimlərin keçirilməsi və Türkiyənin prezidenti səviyyəsində Azərbaycana açıq dəstəyin verilməsi Rusiyanı ciddi şəkildə narahat edib". /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı
Netanyahu onlardan milyonluq təzminat tələb edir
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu