Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilən əməliyyatın DETALLARI

Milli Hematologiya və Transfuziologiya Mərkəzində keçirilən əməliyyatın DETALLARIProkurorluq orqanları tərəfindən hərbi xidmətdən yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
İstintaqla Süleyman Qubadlının 2022-2023-cü illər ərzində qeyd edilən qurumda işləyərkən qanuni əsas olmadan həqiqi hərbi xidmətdən yayınmaq üçün ona müraciət etmiş ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq laborator müayinə üçün onlardan götürülmüş qan nümunələrini dəyişməklə talassemiya daşıyıcısı olmalarına dair əldə etdiyi saxta nəticələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabe qurumlarına təqdim edib həqiqi hərbi xidmətdən yayınmalarını təşkil etməsinə və digər qanunsuz hərəkətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlarla Süleyman Qubadlı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 32.3, 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırılmasını təşkil etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. / azxeber.com

Sosial       Tarix: 26 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri yeni xeberler son xeberler novruz bayramı cəbhədən görüntülər bu gune olan xeberler son xeber az