Milli komandamız Avropa çempionatından imtina etdi

Milli komandamız Avropa çempionatından imtina etdiSambo üzrə millimiz hakim ədalətsizliyinə görə Avropa çempionatında iştirak etməkdən imtina edib.
Publika.az xəbər verir ki, b sözləri AZƏRTAC-a Kipr Respublikasının Limasol şəhərində keçirilən sambo üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət milli komandasının yarışdan kənarlaşdırılması ilə bağlı yığmamızın baş məşqçisi Bəxtiyar Hacıyev açıqlamasında bildirib. O qeyd edib ki, 71 kiloqram çəki dərəcəsində qitə çempionatında mübarizə aparan millinin üzvü Emil Həsənova finalda haqsızlıq edildiyi üçün komanda etiraz edib: "E.Həsənov çox yaxşı samboçudur və birinci dəfə deyil ki, ona qarşı haqsızlıq edilir. O, bu yarışda da inamlı təsir bağışlayırdı. Belə ki, həlledici mərhələyə qədər İsrail, Fransa, Gürcüstan samboçularını məğlub etmişdi. Finalda Rusiyanı təmsil edən Məhəmməd Hacıyevlə görüşündə qızıl medalın bir addımlığında olsa da, hakimlər ona qarşı haqsızlıq etdilər".
B.Hacıyev bildirib ki, samboçumuz rəqibin ona tətbiq etdiyi ağrıdıcı fənd zamanı təslim olmayaraq vəziyyətdən çıxmağa çalışdığı həlledici anda hakim görüşü dayandıraraq qələbəni rəqibə verib: "Samboda ağrıdıcı fəndə düşən idmançı ya əlini döşəyə vurmalı, ya da qışqırmalıdır. Yoxsa hakim görüşü dayandıra bilməz".
B.Hacıyev onu da deyib ki, görüşün videosu müvafiq şəxslər, eləcə də, Avropa Sambo Federasiyasının vitse-prezidenti, baş katibi tərəfindən yenidən izlənilib və hakimin səhvə yol verdiyi etiraf edilib. Bununla belə, görüş başa çatdığı üçün nəticə olduğu kimi saxlanılıb: "Bizə təklif etdilər ki, fəxri kürsüdə E.Həsənova gümüş medal verilsin, amma sonradan ona əlavə qızıl medal da simvolik veriləcək. Biz bununla razılaşmadıq. 28 May – Respublika Günündə çox istəyirdik ki, şanlı bayrağımız yüksəklərdə dalğalansın, Azərbaycanın dövlət himni səsləndirilsin. Amma hakim ədalətsizliyi istəyimizə mane oldu".
Qeyd edək ki, mayın 26-29-da Limasolda yeniyetmə, gənclər və kişilər arasında Avropa çempionatı keçirilib. Qitə çempionatında gənclərdən ibarət yığma komandamız uğurla çıxış edib. Yarışda komandamızın heyətində Nicat Məmmədli (58 kq), Elvin Bağırov (64 kq), Ağani Məmmədov (79 kq), Adil Adilzadə (88 kq) və Toğrul Salmanov (+98 kq) mübarizə aparıblar. Toğrul Salmanov turnirdə bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Nicat Məmmədli (58 kq) gümüş, Elvin Bağırov (64 kq) bürünc medallara sahib olublar.
Gənclərdən ibarət millimiz komanda hesabında üçüncü yeri tutub.

İdman       Tarix: 30 may 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu xeberler bu qun metbuat xeberleri son xeber.az