Milli Məclis bu sazişi təsdiqləyəcək

Milli Məclis bu sazişi təsdiqləyəcəkGədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad Qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, pay bölgüsü haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. İnvestment Group Services, LLC arasında bağlanmış saziş Milli Məclisə daxil olub.
KONKRET.az-ın xəbərinə görə, sənəd parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Əvvəllər bu saziş "Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" adlanırdı və "Azərqızıl" Dövlət Şirkəti ilə R.V. İnvestment Group Services, LLC ABŞ arasında imzalanmışdı.
Sənədə yeni təriflər (minatəmizləmə əməliyyatları), minatəmizləmə proqramı və s. sözlər əlavə edilir.
Bundan əlavə sənədə yeni bəndlər də əlavə olunur. Yeni bəndə əsasən tərəflər qəbul edirlər ki, hər hansı minatəmizləmə əməliyyatlarının, hərbi əməliyyatların dayandırılmasına, sülh prosesinə və təhlükəsizlik tədbirlərinə baxmayaraq minaların və partlamamış hərbi sursatların olması və düşmən hərəkətlərin edilməsi (hərbi, terror və digər hərəkətlər daxil olmaqla) riski Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağının müəyyən ərazilərində mövcud ola bilər.
Podratçı Vejnəli mədən filiz yatağı, Qızılbulaq mədən filiz yatağı və Dəmirli mədən filiz yatağında minatəmizləmə əməliyyatlarını həyata keçirmək hüququna malikdir (lakin bu öhdəlik daşımır). Bundan əlavə, podratçı tam olaraq Söyüdlü mədən filiz yatağından imtina edir.
Sazişdə Vejnəli mədən filiz yatağı ilə bağlı minatəmizləmə əməliyyatlarının həyata keçiriləcəyi qaydalar da qeyd olunub.

Siyasi       Tarix: 24 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Tixanovskaya: ABŞ Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir

ABŞ Belarus Prezidenti Aleksandr Lukaşenkonun hökuməti ilə ticarət etməməlidir. xəbər verir ki, bunu Belarusun demokratik qüvvələrinin lideri Svetlana Tixanovskaya BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclası çərçivəsind

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler bu gun futbol xeberleri en son xeberleri ən son xəbər