Milli Məclis Şuşa adından istifadə ilə bağlı layihəni qəbul etdi

Milli Məclis Şuşa adından istifadə ilə bağlı layihəni qəbul etdiMilli Məclis Şuşa adından istifadə ilə bağlı layihəni III oxunuşda qəbul edib.
KONKRET.az xəbər verir ki, bununla bağlı "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunda dəyişiklik edilməsi və Şəhərsalma və Tikinti Məcəlləsində, "Sahibkarlıq fəaliyyəti haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında" və "Reklam haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri I oxunuşda parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, dövlət başçısı tərəfindən "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi və bundan irəli gələrək bir sıra qanunlara uyğunlaşdırma xarakterli düzəlişlərin edilməsi ilə əlaqədar qanun layihələri təqdim olunub.
Vurğulanıb ki, Şuşa şəhərində "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən hüquqi tənzimləmə tətbiq edilir. Bu hüquqi tənzimləmə Şuşa şəhərinin ərazisində abidələrin bərpası, qorunması, öyrənilməsi, memarlıq və şəhərsalma fəaliyyəti, reklam fəaliyyəti, habelə müxtəlif səviyyəli tədbirlərin keçirilməsi və digər sahələri əhatə edir. Şuşa şəhərində mövcud abidələrin tam həcmdə qorunması məqsədilə bu qanunun 7.5-ci maddəsindən "arxeoloji" sözünün çıxarılması təklif edilir. Eyni zamanda "Şuşa" adından istifadə etmək üçün xüsusi qaydaların tətbiq edilməsi məqsədilə həmin qanuna 3-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Qeyd edilib ki, yeni maddədə nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi "Şuşa" adından istifadə etməkdə müstəsna hüquqa malikdir. Əlavəyə əsasən, hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında, mükafatların və təltiflərin adlarında, yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında, kommersiya və reklam məqsədilə əmtəə nişanlarında və coğrafi göstəricilərdə "Şuşa" sözündən istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı ilə yol verilir.
Dəyişiklik layihələri müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.//Report

Siyasi       Tarix: 13 may 2022
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər en son xeberler bu gun hava haqqinda valyuta məzənnələri