Milli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTO

Milli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTOMilli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTO
Noyabrın 11-də Milli Məclis sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyevin Qazaxıstanın ölkəmizdə səfərdə olan politoloq  və jurnalistləri ilə görüşü keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.
Qonaqları salamlayan Adil Əliyev Qazaxıstanla Azərbaycan arasında münasibətlərin qədim tarixi olduğunu deyib, bu əlaqələrin hazırda yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
Ölkələrimiz arasında mövcud münasibətlərin inkişafında Ümummilli lider Heydər Əliyevin və  Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin rolunu xüsusi olaraq diqqətə çatdırıb və bu münasibətlərin bu gün də hər iki ölkənin dövlət başçıları tərəfindən uğurlu davam etdirildiyini vurğulayıb. Vitse-spiker qazaxıstanlı nümayəndələrə Milli Məclisin qanun yaradıcılığı  prosesindən danışıb, rəhbərlik etdiyi Gənclər və idman komitəsinin işi barədə geniş məlumat  verib.  
Sonra Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini deyib. Qeyd edilib ki, dünəndən etibarən xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulub. Uzun illər idi ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayırdı. İşğalçı dövlət Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq  hüququn tələblərinə məhəl qoymurdu. Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməyərək bu ilin iyul ayında Tovuz rayonunda, sentyabrın 27-də isə cəbhənin müxtəlif  istiqamətlərində genişmiqyaslı təxribatlara əl atdı. Buna görə də Azərbaycan Prezidenti, Ali Baş Komandan qüdrətli Azərbaycan ordusuna döyüş əmri verdi. Şanlı ordumuz qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandı. Odur ki, xalqımız sonsuz qələbə sevinci yaşayır, illərdir yurd-yuvasından didərgin salınan bir milyondan artıq  soydaşımız öz evlərinə geri qayıtmağa hazırlaşır.
Adil Əliyev görüşdə Ermənistanın bu illər ərzində xalqımıza qarşı törətdiyi təxribatlardan, döyüş  meydanında məğlub olduğunu anlayandan sonra Azərbaycanın sərhəd xəttindən uzaqda  yerləşən yaşayış məskənlərini raket atəşinə tutmasından, 100-ə yaxın mülki vətəndaşımızın  həlak olmasından da söz açıb. Bildirilib ki, Ermənistanın hücumları nəticəsində ölənlər və yaralananalar arasında uşaqlar, qadınlar və qocalar var. Vitse-spiker qonaqlara təxribatlar  zamanı Gəncədə, Bərdədə, Tərtərdə, Ağcabədidə dağıdılan infrastrukturdan, yandırılan mülki obyektlər və fərdi yaşayış evlərindən, ölkəmizin flora və faunasına dəyən külli miqdarda  ziyandan söz açıb. Vurğulanıb ki, 44 günlük müharibənin sonunda Azərbaycan ordusu Dağlıq Qarabağın alınmaz qalası sayılan Şuşa  şəhərini erməni işğalından azad etdi. Bundan sonra  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfər yürüşü həyata keçirən ordumuzun qabağında duruş gətirə bilmədiyini görən Ermənistan sülh sazişi bağlamağa  məcbur oldu.
Sonra Milli Məclisin deputatları, işçi  qrupunun üzvləri Eldəniz Səlimov, Ülviyyə Ağayeva, Azər  Badamov çıxış edərək böyük sevinc yaşadığımız bu günlərdə dost və qardaş Qazaxıstan  nümayəndələrinin səfərini yüksək qiymətləndiriblər. Qazaxıstan parlamenti ilə əlaqələrdən, beynəlxalq qurumlarda qarşılıqlı əməkdaşlıqdan söhbət açıblar. Parlamentlərarası  münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyətini, bu sahədə qarşılıqlı səfərlərin və intensiv fikir mübadiləsinin önəmini vurğulayıblar.  
Görüşdə Qazaxıstanın "Ea-news.kz" portalının baş redaktoru Nurgali Yusipbay, "Halyk.kz" Youtube kanalının və "Altyn-Orda.kz" saytının rəhbəri Serik Malayev, bloger Kuanış Edilxanov, Beynəlxalq Türk Akademiyasının nümayəndəsi Füzuli Məcidli çıxış edərək Azərbaycanı möhtəşəm qələbə münasibəti ilə təbrik ediblər. Söhbətdə Qazaxıstan mətbuatının bu günlərdə Azərbaycanla bağlı xoş xəbərlərə böyük yer ayırdığı qeyd olunub. Qonaqlar səfər çərçivəsində Gəncəyə və Bərdəyə gedəcəklərini, erməni təcavüzünün nəticələrini gözləri ilə görərək  Qazaxıstan mətbuatında geniş işıqlandıracaqlarını bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barəsində fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallara millət vəkilləri tərəfindən ətraflı cavab verilib.
Milli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTOMilli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTOMilli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTOMilli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTOMilli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTOMilli Məclisdə Qazaxıstanın media nümayəndələri ilə görüş keçirilib - FOTO

Siyasi       Tarix: 11 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri zelzele bugünki xəbərlər xeber.az bu gun