Milli Məclisdəki islahatlar nəyə xidmət edir? – ŞƏRH

Milli Məclisdəki islahatlar nəyə xidmət edir? – ŞƏRHMilli Məclisdəki islahatlar nəyə xidmət edir? – ŞƏRH
"Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji amillərdən biri də ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü islahatların həyata keçirilməsidir. Sosial-iqtisadi və siyasi sahələrlə yanaşı, hüquqi və kadr islahatlarının da aparılması qarşıya qoyulan strateji hədəflərə çatmağa geniş imkanlar yaradır. Həmçinin, müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
O bildirib ki, məhkəmə-hüquq sistemində davamlı islahatların həyata keçirilməsi, eləcə də korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ hallara qarşı addımların atılması cəmiyyətdə yüksək qiymətləndirilir. 
Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursunun ölkəmizin hərtərəfli inkişafına xidmət etdiyini deyib.
O həmçinin əlavə edib ki, bu prosesin davamı kimi yeni parlament seçkiləri keçirilib, eyni zamanda, dövlət başçısının tövsiyələrinə uyğun olaraq qanunverici orqanda da islahatlar uğurla aparılıb.
V.İsgəndərov bildirib ki, Prezident İlham Əliyevin martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görülüb:
"Parlamentin və onun komitələrinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin yer alması ölkənin siyasi sistemində təşəkkül tapan yeni konfiqurasiyanın mühüm tərkib hissələrindən birini təşkil edir. Bu barədə spiker Sahibə Qafarova Milli Məclisin mayın 31-də keçirilən iclasında bildirib. Eyni zamanda, bildiyiniz kimi, parlamentin yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur və kadr islahatlarına başlanıb. Bir sıra vəzifələr ixtisar edilib. Milli Məclis Aparatında 13 şöbə əvəzinə doqquz, İşlər İdarəsində isə doqquz əvəzinə dörd struktur bölmə saxlanılıb. Yeni struktur olaraq, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsi yaradılıb. Bu fəaliyyətin əsas istiqaməti qanunverici orqanla icra hakimiyyətləri arasında birgə fəaliyyəti və sıx əməkdaşlığı təşkil etməkdir".
Onun sözlərinə görə, aparılan islahatlar parlamentin işinin daha səmərəli surətdə təşkil və təmin edilməsinə kömək göstərəcək:
"Hesab edirəm ki, koronavirus pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, Milli Məclisin yaz sessiyasının fəaliyyəti kifayət qədər səmərəli olub. Belə ki, 6-cı çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən iki Konstitusiya qanunu qəbul edilib. Qanunverici orqan bundan sonrakı fəaliyyətində də işini uğurla davam etdirəcək. Milli Məclis və hər bir millət vəkili ölkəmizin inkişafına yönəlmiş islahatlar kursunun davamlı olmasında üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün var gücü ilə çalışacaq".
Aqşin Kərimov

Siyasi       Tarix: 02 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun 2026 az xeber cəbhədən son xeber son xeberler bu gun