Milli Məclisdən bəyanat: "Bəhruz Məhərrəmovun İranla bağlı fikirləri şəxsi xarakterlidir
Milli Məclisdən bəyanat: "Bəhruz Məhərrəmovun İranla bağlı fikirləri şəxsi xarakterlidir"
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi bəyanat yayıb.
Bəyanatda deyilir:
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər dostluq və mehriban qonşuluq xarakteri daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin qarşılıqlı səfərləri, çoxsaylı görüşləri, ölkələrimiz arasında imzalanmış və həyata keçirilməkdə olan ikitərəfli sənədlər bu münasibətlərin inkişafında mühüm rol oynayir. Eyni zamanda, iki ölkənin parlamentləri arasında da dostluq və əməkdaşlıq münasibətləri mövcuddur.
Biz Qarabağın işğaldan azad olunması üçün aparılan əks-hücum əməliyyatları dövründə İran İslam Respublikasının Ali rəhbəri cənab Əli Xameneyinin və İran rəsmilərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, həmçinin, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı fikir və bəyanatlarını yüksək qiymətləndiririk.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il 6 noyabr tarixli iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun İran və İranın Ali rəhbəri haqqında söylədiyi fikirləri qətiyyətlə pisləyir və bunların yalnız onun şəxsi fikirləri olduğunu vurğulayırıq.
Bəyan edirik ki, Azərbaycan Respublikasının yaxın səmimi münasibətlər saxladığı qonşu və dost ölkə və onun rəhbəri barəsində bu cür fikirlər tamamilə qəbuledilməzdir. Heç kəs xalqlarımız və dövlətlərimiz arasında dostluq münasibətlərinə xələl gətirə bilməz". /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."