Milli Məclisin deputatı əmlakının həbsilə bağlı London məhkəməsinin qərarından DANIŞDI

Milli Məclisin deputatı əmlakının həbsilə bağlı London məhkəməsinin qərarından DANIŞDIMilli Məclisin deputatı Cavanşir Feyziyev əmlakının həbsilə bağlı London məhkəməsinin qərarının şərhinə dair Turan agentliyinin sorğusuna cavab olaraq bunları deyib: "Məhkəmənin müsadirə ilə bağlı hələ hər hansı qərarı yoxdur. "Hazırda məhkəmədə mənim qaldırdığım iddiaya baxılır".
Xatırladaq ki, ötən gün OCCRP (Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi) London Ali Məhkəməsinin Cavanşir Feyziyevin və onun qohumlarının 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) çox əmlakına həbs qoyması barədə məlumat yayıb.
* * *
Böyük Britaniya azərbaycanlı deputatın 39 milyon funt sterlinqlik əmlakını dondurub
Cümə axşamı London Ali Məhkəməsi azərbaycanlı deputat Cavanşir Feyziyevə və onun xanımına məxsus 22 daşınmaz əmlaka həbs qoyub.
OCCRP-in (Korrupsiya və mütəşəkkil cinayətkarlığı Araşdırma Mərkəzi) dərc etdiyi sənədlərə görə, 39,5 milyon funt sterlinqdən (50 milyon ABŞ dolları) çox əmlak 2023-cü ilin iyun ayında dondurulub. Bütün bu müddətdə Feyziyev Londonda daşınmaz əmlakın alınması üçün vəsaitin qanuniliyi barədə sorğulara cavab verməyib.
Ailənin vəkili əmlakın qanuni yolla əldə edildiyini iddia edərək hakim Naycela Pulu əmlaka həbs qoyulması qərarını ləğv etməyə razı salmağa çalışıb.
Qeyd edək ki, bundan əvvəl Feyziyevin ailəsi Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (NCA) sanksiyalarına məruz qalıb. Britaniya hakimiyyəti hesab edib ki, Feyziyevin və onun ailə üzvlərinin bank hesablarındakı milyonlarla funt sterlinq "2017-ci ildə OCCRP-nin açıqladığı və "Azərbaycan camaşırxanası" kimi tanınan beynəlxalq çirkli pulların yuyulması sxemindən gəlir.
2022-ci ildə Böyük Britaniya həmin vəsaitdən 5,6 milyon funt sterlinqi (7,56 milyon ABŞ dolları) Feyziyevin xanımı, böyük oğlu Orxanın və qardaşı oğlu Elman Cavanşirin hesablarından müsadirə edib.
Feyziyevin və xanımının daşınmaz əmlakının dondurulması barədə qərar çirkli pulların yuyulması yolu ilə əldə edildiklərinə dair "ciddi sübutlar" səbəbindən onları satmağa və ya kiməsə verməyə yol vermir.
Dondurulmuş əmlaklar arasında ən bahalı əmlak eksklüziv Chelsea Barracks kompleksində dəyəri 26 milyon funt sterlinqdən (33,4 milyon dollar) çox olan iki rezidensiyadır. Feyziyev onları 2020-ci ildə alıb. Hələ o vaxtlar Britaniya hakimiyyəti çirkli pulların yuyulması faktlarını araşdırırdı.
Dondurulmuş digər əmlaklar arasında Ricents- parka mənzərəsi olan mənzil, həmçinin Londonun şimal-qərbindəki yaşayış kompleksində 19 mənzil var. Feyziyev bu əmlakı 2008-2018-ci illərdə 10 milyon funt sterlinqdən (13,7 milyon dollar) çox qiymətə alıb.
NCA-nın məlumatına görə, ümumilikdə dondurulmuş əmlak 50 milyon funt sterlinqdən (63 milyon ABŞ dolları) çox qiymətləndirilir.
Feyziyev parlamentlərarası əlaqələr üzrə Azərbaycan-Britaniya işçi qrupuna rəhbərlik edib və 2022-ci ilə qədər Avropa İttifaqı- Azərbaycan parlament əməkdaşlıq Komitəsinin həmsədri olub. Britaniya məhkəməsi onun qohumlarına məxsus 5,6 milyon funt sterlinqdən çox vəsaiti müsadirə etdikdən bir neçə ay sonra o bu vəzifələrdən kənarlaşıb.
Vəkilin mətbuata verdiyi açıqlamaya görə, ailə əmlakın müsadirə edilməsindən məyus olub, lakin NCA-nın tələb etdiyi kimi, 15,4 milyon funt sterlinqin yox, 5,6 milyon funt sterlinqin götürülməsindən "razı qalıb".
2017-ci ildə OCCRP-nin "Azərbaycan landromatı" adlı araşdırması Böyük Britaniyada qeydiyyatdan keçmiş dörd saxta şirkət vasitəsilə ölkədən çıxarılan təxminən 2,9 milyard dollarlıq mürəkkəb yuyulma sxemini ortaya qoyub.
Turan agentliyi London məhkəməsinin dünənki qərarı ilə bağlı şərh verməsi xahişilə Cavanşir Feyziyevin köməkçisinə sorğu göndərib. Agentlik deputatın və ya onun qanuni nümayəndəsinin fikrini dərc etməyə hazırdır.
Turan İnformasiya Agentliyi / konkret.az

Siyasi       Tarix: 24 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


azerbaycan xeberleri yeni xeberler son xeberler qarabag xeberler cəbhədən xəbər xeberler bugun 2026