Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandıMilli Məclisin aprelin 5-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.
KONKRET.az xəbər verir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilib.
Həmin qanun layihələri aşağıdakılardır:
1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi.
2. Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında" Milli Məclisin qərarında dəyişikliklər edilməsi" barədə Milli Məclisin qərar layihəsi.
3. "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol"un təsdiq edilməsi barədə qanun layihəsi.
4. "Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi.
5. "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi və "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" qanunun ləğv edilməsi haqqında qanun layihəsi.
6. "Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanunun layihəsi.
7. "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
8. "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
9. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
10. Antiinhisar fəaliyyəti haqqında", "Yeyinti məhsulları haqqında" və "Dövlət sirri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
11. "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi (birinci oxunuş).
12. "Narkoloji xidmət və nəzarət haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsi (birinci oxunuş).
13."Hərbi qulluqçuların statusu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
14. Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
15. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
16. Cinayət Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
17. Cinayət Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

Siyasi       Tarix: 31 mart 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


son xeberler yeni xeberler azerbaycan xeberleri sou xeberler en yeni xeberler cəbhədən canlı maraqlı xəbərlər