Milli Məclisin yaz sessiyasının ilk iclası başa çatdı - YENİLƏNİB
Bu gün Milli Məclisin 2022-ci il üzrə yaz sessiyasının ilk plenar iclası keçirilib.
KONKRET.az-ın məlumatına görə, Milli Məclis sədri Sahibə Qafarova iclası açıq elan edib.
Azərbaycanın dövlət himni səsləndirilib. Sonra spiker 2021-ci ilin payız sessiyasının hesabatını diqqətə çatdırıb.
Parlamentin yaz sessiyasının ilk plenar iclasında 12 məsələ müzakirəyə çıxarılıb.
***
11:04
Milli Məclisin 2022-ci il yaz sessiyasının ilk plenar iclası başlayıb.
KONKRET.az-ın xəbərinə görə, spiker Sahibə Qafarova toplantını açıq elan edib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Parlamentin yaz sessiyasının ilk plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi.
2. Milli Məclisin İntizam Komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi.
3. Milli Məclisin Hesablayıcı Komissiyasının yaradılması haqqında Milli Məclisin qərarının layihəsi.
4. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanunun layihəsi.
5. "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında" Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi.
6. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi.
7. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
8. "Yol hərəkəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
10. "Qaz təchizatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
11. İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).
12. "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Vuçiç istefa verdi
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR
Kredit kartlarından istifadədə diqqətçəkən dəyişiklik: Vətəndaşların yeni maliyyə seçimi
Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım
Avtoxuliqanlıq edən sürücü həbs olundu
34 yaşlı kişi qətlə yetirildi: saxlanılan var