Milli Qida Texnologiyaları Platformasının altıncı iclası Türkiyədə keçirilib

Milli Qida Texnologiyaları Platformasının altıncı iclası Türkiyədə keçirilibTürkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü və Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmenin rəhbərliyi ilə Milli Qida Texnologiyaları Platformasının 6-cı iclası Ankara şəhərində keçirilib. 
azxeber.com xəbər verir ki, TAU-nun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda qida mühəndisliyi ixtisasının tədris olunduğu altı ali təhsil müəssisəsinin mütəxəssislərindən ibarət nümayəndə heyətinin Türkiyənin Hacettepe Universitetinə akademik səfəri təşkil edilib. 
Səfər çərçivəsində TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Ümran Uyqunun başçılıq etdiyi Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətindən ibarət  nümayəndə heyəti Hacettepe Universitetinin Qida Mühəndisliyi fakültəsinin elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar. 
Əvvəlcə Hacettepe Universitetinin Qida Mühəndisliyi proqramının rəhbəri Ali Topcu Azərbaycandan gəlmiş akademik nümayəndə heyətini salamlayıb və universitetin akademik heyətini qonaqlara təqdim edib. Daha sonra fakültənin tədris və elmi-tədqiqat fəaliyyəti haqqında ümumi məlumat verilib. Azərbaycandan gəlmiş professor-müəllim heyəti Hacettepe Universitetində qida mühəndisliyi sahəsində həyata keçirilən təhsil proqramları və tədris planları ilə yaxından tanış olub, eyni zamanda tələbə və elmi-tədqiqat laboratoriyalarına da baxış keçirib.
Günün ikinci yarısında Hacettepe Universitetinin 10-dan çox elmi-tədiqat laboratoriyası və 7-dən çox tədris laboratoriyasında aparılan elmi araşdırmalar, davam edən layihələr və icra olunan tədqiqat işləri barədə yerində təqdimatlar edilib. Görüş zamanı professor-müəllim heyəti Hacettepe Universitetinin Bioaktiv Qida, İnstrumental Analiz, Qida və biotexnologiya yönümlü tədqiqatlar (FoodOmics), Qida Mikrobiologiyası, Qida Keyfiyyəti və Təhlükəsizliyi (FoQuS), Süd Texnologiyası, Hububat (Dənli bitkilər) və Yağ Texnologiyası, Sürətli Analiz Metodları və  eləcə də ixtisaslaşmış tədqiqat laboratoriyaları ilə yaxından tanış olub. Universitetin akademik heyəti laboratoriyalarda istifadə olunan müasir avadanlıqlar və tətbiq olunan elmi yanaşmalar haqqında ətraflı məlumat verib. 
Proqram çərçivəsində bu cür qarşılıqlı akademik səfərlərin gələcəkdə birgə elmi tədqiqatların aparılması, layihələrin icrası və akademik əməkdaşlıqların genişləndirilməsi üçün mühüm zəmin yaratdığı vurğulanıb.

Sosial       Tarix: 10 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri son xeberler yeni xeberler maliyye xeberler bugun cebheden xeberler son xeberler 2026 son xeberler az