Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına və tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
Müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirdi, Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiəsi ilə bağlı ciddi addımlar atdı. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
Dəfələrlə cənab İlham Əliyev öz sözlərində bir məqamı da vurğulayır ki, Milli Qurtuluş günü Azərbaycan tarixində dönüş nöqtəsi idi. Əgər Ulu Öndər özünün təhlükəsizliyini riskə atıb vaxtında hadisələrə müdaxilə etməsə idi, bu gün biz nəinki əldə etdiyimiz zəfərlərdən, inkişafdan, tərəqqidən danışa bilərdik, ümumiyyətlə dövlətçiliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıya qalardıq. Halbuki, Sovetlər Birliyi onsuz da dağılırdı. Krizis dönəmini ağılla və təmkinlə idarə edən bir liderimiz müstəqilliyin ilk illərində olsaydı, nə torpaqlarımızı itirərdik, nə də başımıza bu qədər müsibətlər gətirilərdi. Azərbaycan xalqının müdrik seçiminə ilk gündən əməl etmək lazım idi.
Görkəmli dövlət xadimi Heydər Əliyev müdrik, uzaqgörən siyasət yürüdərək Azərbaycanı məhv olmaqdan xilas etdi. Ölkədə sözün əsl mənasında müstəqil dövlət quruculuğu prosesi başladı. İlk öncə ölkədə ictimai siyasi sabitlik bərpa edildi, bütün silahlı qruplaşmalar neytrallaşdırıldı. Dağıdılmış iqtisadiyyatın bərpası prosesi başladı. Bir sözlə, müstəqil dövlətin mövcudluğu, inkişafı, müstəqilliyinin əbədiliyi üçün bütün zəruri tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini qorudu, onu əbədi, dönməz, sarsılmaz etdi. Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Müzəffər Prezidentimiz İlham Əliyev Azərbaycanı güclü, zəngin, qüdrətli, Qalib etdi!
Naftalan şəhər sakini Həsənov Qasım
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?