Millimiz bu gün Türkiyə ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Publika.az xəbər verri ki,, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək.
Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.
Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu.
Oyun öncəsi komandaların heyətində itki yoxdur.
Yoldaşlıq oyunu
21:00. Türkiyə - Azərbaycan
Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo)
Alanya, Oba stadionu.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq