"Mine Mark" Fondunun nümayəndələri Ağdamda dağıntılarla tanış oldu

İyunun 14-də Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən "Mine Mark" Fondunun nümayəndə heyəti Ağdama səfər edib.
KONKRET.azxəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə dəstəyi ilə baş tutan səfər çərçivəsində Ağdam rayonunun Dördyol qəsəbəsində yerləşən 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseydə mina təhlükəsizliyi ilə bağlı ibtidai sinif şagirdlərinə maarifləndirici-interaktiv təlim keçirilib.
Təlim zamanı işğaldan azad edilmiş ərazilərə böyük qayıdış ərəfəsində mina və partlayıcı sursatlarla düzgün davranış qaydalarını bilməyin vacib olduğu vurğulanıb. Prosesin daha asan qavranılması məqsədilə elektron tətbiqlər və interaktiv oyunlar metodu seçilib. Şagirdlərə boyama kitabı, oyun kartları və kitabça paylanıb. Elektron tətbiqlə tanış olan şagird və müəllimlər bu metodun yaradılmasını rəğbətlə qarşılayıblar.
Səfər çərçivəsində Almaniya, Niderland, İtaliya, Şimali Makedoniya mütəxəssislərinin daxil olduğu nümayəndə heyəti Ağdam şəhərində yerləşən "İmarət" kompleksi, Şəhidlər xiyabanı, Dram teatrı, Cümə məscidi, Çörək muzeyi və Şahbulaq qalasına, eləcə də mina basdırılmış ərazilərə baxış keçiriblər. Qonaqlar ermənilərin Ağdamın 27 illik işğalı dönəmində törətdikləri dağıntıların və vandalizm aktlarının şahidi olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov dağıntıların miqyası, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağ bölgəsində, o cümlədən Ağdamda kütləvi şəkildə minalar yerləşdirildiyi, rəsmi İrəvanın mina sahələri ilə bağlı bütün xəritələri təqdim etmədiyi, şəhərin yenidən qurulması üçün indiyədək görülən bərpa-quruculuq işləri, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) işçi heyəti isə mina təmizlənməsi prosesi barədə qonaqlara ətraflı məlumat verib.
Qeyd edək ki, "Mine Mark" Fondunun innovativ layihəsi Ağdam rayon ərazisindəki məktəblərdə ilk dəfədir təşkil edilir. Qeyri-hökumət təşkilatının nümayəndə heyəti 2019-cu ildə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, ötən gün isə paytaxt Bakıda şagirdlər üçün maarifləndirici tədbir keçirib. Bu təlimin yeni dərs ilindən etibarən müntəzəm olaraq müxtəlif məktəblərdə təşkili planlaşdırılır.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Siyasi       Tarix: 14 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Nyusmaks"a (Newsmax) müsahibəsində

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son görüntülər son xeberler azerbaycan dunya xeberleri siyaseti xeberler bugun