"Minsk qrupunu dirçəltmək səmərəli deyil, Azərbaycan tərəfindən buna icazə verilməyəcək" - Deputat
"30 il ərzində Minsk qrupunun fəaliyyəti tamamilə nəticəsiz olub. Əksinə, onlar münaqişəni dondurulmuş münaqişəyə çevirməklə, Azərbaycanı Ermənistanın işğal reallığı ilə barışmağa hazırlayıblar".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycanın mövqeyi hələ 2021-ci ilin əvvələrində cənab Prezident keçmiş qrupun həmsədrlərini qəbul edərkən ifadə olunub:
"Azərbaycan müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində stasus kvonu dəyişib, beynəlxalq hüququ bərpa etdi. Cənab Prezidentin Şuşada Qloblal Media Formunda ifadə etdiyi kimi bu gün Azərbaycanla Ermənistan arasında vasitəsiz danışıqlar davam edir. Danışıqlar platformasında tərəflər görüşün təşkilatçısı kimi çıxış edirlər. Azərbaycanla Ermənistan arasında artıq vasitəçiyə ehtiyac yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib".
Deputat vurğulayıb ki, hazırda Azərbaycanla Ermənistan arasında müzakirələrin mövzusu yanlız iki ölkə arasında normallaşma prosesi, nəqliyyat kommunikasiya xətlərinin açılması, sərhədlərin delimitasiya məsələsidir:
"Qarabağdakı ermənilərin hüquqları və təhlükəsizlikləri məsələləsi yanlız Azərbaycanın daxili məsələsidir.
Təkrar məsələni mürəkkəbləşdirmək, hansısa qrupu dirçəltmək nə səmərəli deyil, nə də Azərbaycan tərəfindən buna icazə veriləcək. Həmin qrupun üzvlərinin özləri də heç bir qrupda bir araya gələ bilməzlər. Bu gün Azərbaycan yeni reallıq yaradıb. Bu reallıq keçmiş qrupun üzvləri tərəfindən də bu və digər formada artıq qəbul olunub".
Şəbnəm Zahir
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qızılca ilə bağlı son vəziyyət açıqlandı
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi+Fotolar
Almaniyada ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb
Dənizdə batan tələbələrin - Fotosu
Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var
Tramp İlham Əliyevdən sitat gətirdi
Kəmaləni sevənlərə ŞAD XƏBƏR – Bu tarixdə konsert verəcək
Bu işlərdə çalışanların ödündə daş yaranır
Reklamlarda əxlaqsızlığı təbliğ edənlər 500 manat cərimələnəcək - Açıqlama
Sərxanın Rusiyaya girişinə 'stop' qoyulub
Serdar Ortaç vəsiyyətini açıqladı
Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?
Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı