Miri Yusif doğum gününü kimsəsiz uşaqlarla keçirdi - FOTOLAR
Xalq artisti Miri Yusif doğum gününü kimsəsiz uşaqlarla keçirib.
azxeber.com xəbər verir ki, sənətçi "Ümid Yeri" Uşaq Sığınacağında valideyn himayəsindən məhrum olmuş uşaqlarla bir araya gələrək unudulmaz bir gün yaşayıb.
Tədbir zamanı Miri Yusif öncə uşaqlarla birlikdə nahar süfrəsi arxasında əyləşib, onlarla səmimi söhbət edib, arzularını və gələcəyə dair istəklərini dinləyib. Sığınacağın sakinləri üçün xüsusi təşkil olunmuş şənlikdə sənətçi uşaqlarla oyunlar oynayıb, onlara maraqlı anlar bəxş edib.
Daha sonra o, sevilən mahnılarını ifa edərək uşaqlara əsl bayram ovqatı yaradıb. Doğum günü tortunu uşaqlarla birlikdə kəsən Xalq artisti uşaqlara hədiyyələr təqdim edib.
Miri Yusif bildirib ki, bu cür xeyirxah tədbirlər onun üçün adi doğum günündən daha dəyərlidir:
"Ən gözəl hədiyyə bu uşaqların təbəssümüdür. Mən istəyirəm ki, hər kəs imkan daxilində belə uşaqlara sevgi və diqqət göstərsin. Onların da qayğıya, istilığa və ümidə ehtiyacı var."
Aysel








PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Azərbaycan məşhur yapon serialında - Foto
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib