Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Celal Çiftçi ölkədə narazılıq və incikliyə səbəb olan açıqlamalarına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib.
KONKRET.az xəbər verir ki, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
O, fikirlərini ifadə edərkən seçdiyi sözlərin məqsədini aşdığını etiraf edib.
Jurnalist bildirib ki, məqsədi bir media nümayəndəsi kimi hicabla bağlı həssaslığını, din və vicdan azadlığına dair düşüncələrini ifadə etmək olub. Lakin fikirlərini çatdırarkən istifadə etdiyi dilin mümkün nəticələrini daha diqqətlə qiymətləndirməli olduğunu vurğulayıb.
Celal Çiftçi Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyəti zorla ələ keçirməyə və ya konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq niyyətinin olmadığını bildirib.
Dini nifrət, düşmənçilik və ayrı-seçkilik yaratmaq ittihamlarını da qəbul etmədiyini qeyd edib. Jurnalist zorakılığı, dövlət çevrilişini, təhdidi və güc tətbiqini rədd etdiyini, heç kimi qanunsuz hərəkətlərə çağırmadığını vurğulayıb.
O, Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətlə yanaşdığını bildirib. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin konstitusion institutlarına aid olduğunu qeyd edib.
Hicabla bağlı mövqeyini açıqlayan jurnalist başını örtən və örtməyən hər kəsin ləyaqətinə, hüquqlarına və azad iradəsinə hörmət etdiyini bildirib. O, bu mövzuda fikirlərini yalnız hüquq, qarşılıqlı hörmət və dinc dialoq çərçivəsində ifadə etmək istədiyini deyib.
Celal Çiftçi həmçinin ifadə və mətbuat azadlığından istifadə edərkən başqalarının hüquqlarını, ictimai sülhü və sözlərinin məsuliyyətini nəzərə almalı olduğunu etiraf edib. Bu yanaşmaya uyğun olaraq uyğun hesab etmədiyi paylaşımları sildiyini və bundan sonra daha diqqətli olacağını bildirib.
O, açıqlamalarının bütövlükdə və kontekst nəzərə alınmaqla ədalətli qiymətləndirilməsini istəyib.
"Qardaşlığımıza zərər vurmaq istəmədim. Sözlərimlə incikliyə səbəb olduğum üçün üzgünəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha səmimi-qəlbdən üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm", – deyə jurnalist bildirib.
O, paylaşımını "İki dövlət, bir millət" ifadəsi ilə tamamlayıb./Oxu.az

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub