Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
"Ermənistanın keçmiş rəhbərliyi hərbi cinayətlərdə və terror hadisələrində iştirakına görə daha ciddi məsuliyyət daşıyır, lakin beynəlxalq ictimaiyyət bu məsələdə susqunluq nümayiş etdirir".
Bu sözləri politoloq Əli Mustafa KONKRET.az-a açıqlamasın da səsləndirib:
"Ermənistanın keçmiş rəhbərliyinin cinayət əməllərini bütün dünya bilir və susur. Gerçəklik ondan ibarətdir ki, indiki rəhbərliyin də məsuliyyəti var. Amma keçmiş rəhbərlik daha ciddi məsuliyyət daşıyır. Onlar birbaşa bütün hərbi cinayətlərdə iştirak ediblər. Hətta terror hadisələrində də iştirak ediblər. Onlar beynəlxalq terrorçulardır və terrorçu kimi məsuliyyətə cəlb olunmalıdırlar", – deyə politoloq vurğulayıb.
Əli Mustafa beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı mexanizmlərin ya mövcud olmadığını, ya da kifayət qədər zəif olduğunu bildirib. Onun sözlərinə görə, bu vəziyyət beynəlxalq təşkilatların sülh və təhlükəsizliyin təmin olunmasında effektivliyini azaldır.
Politoloq Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrin uzun müddət icrasız qalmasını buna nümunə göstərib:
"Azərbaycan münaqişəsi ilə bağlı qətnamələr qəbul edildi, amma onların icrası həyata keçirilmədi. Demək olar ki, 30 il icrasız qaldı. Bu baxımdan məsələ ciddi və aktualdır. Ümumiyyətlə, beynəlxalq təşkilatlar səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarların icrasını da təmin etməlidirlər. Əgər bunu etmirlərsə, verdikləri qərarların bir anlamı qalmır".
Politoloq qeyd edib ki, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icrasına təminat verilməsi sülh və təhlükəsizliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Aynurə İsmayıl
KONKRET.az

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub