Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Paşinyanın sülhlə bağlı son mesajlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr genişlənib. Bu mesajların Ermənistanın regional siyasətində dəyişikliyə səbəb olub-olmayacağı suallar doğurur. Bu baxımdan Zəngəzur dəhlizinin gələn il açılacağı ilə bağlı da müəyyən fikirlər səslənir. Bəs bu, nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Paşinyan indiyədək həyata keçirdiyi siyasi kursu davam etdirməyə çalışır:
"Bu çərçivədə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımların atılması da mümkündür. Rəsmi İrəvan eyni zamanda regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində də fəaliyyətini davam etdirmək niyyətindədir. Zəngəzur dəhlizinin açılması məsələsi yalnız Ermənistandan asılı deyil. Bu proses daha geniş beynəlxalq razılaşmalar çərçivəsində həyata keçirilir. Dəhlizin fəaliyyətə başlaması ilə bağlı tərəflər arasında əsas sənədlərin razılaşdırıldığı bildirilir. Hazırda əsas məsələ praktiki addımların atılması və layihənin icra mərhələsinə keçməsidir".
Oqtay Qasımov xatırladıb ki, Nikol Paşinyan da daha əvvəl verdiyi açıqlamalarda layihənin ilin ikinci yarısında reallaşma mərhələsinə keçə biləcəyini vurğulayıb.
"O, mövcud kursu davam etdirməyə çalışacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı isə qarşıdakı dövrdə konkret addımların atılacağını düşünürəm. Mövcud razılaşmalar və verilən bəyanatlar nəzərə alınarsa, layihə üzrə işlərin başlanması real görünür", – deyə siyasi şərhçi vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu